Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Tehlükesizlik meseleleri heç vaxt kampaniya xarakteri daşımamalıdır”

14 Eylül 2016

1:36 pm


14/09/2016 [17:35]: xeber –
Bakı Şəhər Baş Polis İdarəsinin
verdiyi məlumata görə, 15 sentyabr tarixində yeni tədris ilinin başlaması
münasibəti ilə bütün paytat məktəbləri nəzarətə götürüləcək.

Maraqlıdır, şagirdlərin məktəbə
sadəcə bir gün deyil, il boyu getdiyi nəzərə alınarsa, orta məktəblərin polis tərəfindən
mütəmadi qorunması məqsədəuyğun olmazmı?

sayt-a açıqlama
verən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl məsələ ilə bağlı
maraqlı fikirlər səsləndirib:

“Təhlükəsizlik məsələləri
heç vaxt kampaniya xarakteri daşımamalıdır. Lakin bu da bir həqiqətdir ki,
polis tərəfindən bütün məktəblərin il boyu qorunması mümkün deyil. Məktəblərin
özünün mühafizə xidməti mövcuddur. Ancaq görünür ilk gün olduğu, qələbəliyin
yüksək olacağı nəzərə alındığı üçün polis tərəfindən 15 sentyabr tarixində məktəblərin
hamısı nəzarətə götürülüb. Ola bilsin ki, hansısa əməliyyat məlumatı mövcuddur
və s. Yəni bu addımı təqdirəlayiq hesab edirəm. Lakin bütövlükdə təhlüksizliyin
təminatı üçün önəmli olan addım zamanında əldə olunan əməliyyat məlumatıdır. Bu
məlumat terror hadisəsini önləmək üçün qabaqlayıcı tədbirlər görməyə imkan
verir. Ancaq bütüb məktəblərin polis tərəfindən qorunması ən azından fiziki
baxımdan mümkün deyil”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler