Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Tecili iki yoldan birini seçmek lazımdır…”

23 Ağustos 2016

12:08 pm


23/08/2016 [16:05]: xeber –
Artıq bir neçə gündür ki, sürətlə bahalaşmaqda olan dolların qarşısı yeni üsulla alınıb. Belə ki, banklar demək olar  dollar satışını dayandırıb. Satanlar isə maksimum 200-300 dollar satır. Görəsən, bu üsulla manatın dəyərdən düşməsinin qarşısını almaq olarmı?İqtisadçı ekspert Əkrəm Həsənov sayt-a açıqlamasında problemin həlli üçün 2 yolun olduğunu bildirdi:“Bu vasitə ilə manatın ucuzlaşmasının qarşısını əlbəttə ki, almaq olmaz. Cari vəziyyət sadəcə qara bazara sərf edir. Çünki rəsmi kanalla dollar ala bilməyən, qeyri-rəsmi kanala müraciət edəcək. Qara bazarda isə məzənnə şişirdilmiş olacaq. Deməli, faktiki devalvasiya baş vermiş olacaq, panika isə daha da artacaq. Buna görə də təcili iki yoldan birini seçmək lazımdır: 1) ya cari rəsmi məzənnə ilə Mərkəzi Bank bankların dollar tələbatını tam ödəməlidir; 2) Ya da devalvasiyaya gedib dolları yeni məzənnə ilə satmalıdır.”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler