Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tebessümünüzü esirgemeyin – O, bezen kimise xoşbext ede biler

01 Kasım 2016

10:12 am


01/11/2016 [14:09]: xeber –
Həyatımız problemlərlə, qayğılarla doludur.., bəzən də çıxılmazlıqlar, dərdlər, sarsıntılar içərisində ömür keçib gedir… Və bu problemlər içərisində hətta tanımadığınız birinə bir xoş söz, bir ilıq təbəssüm, bir mərhəmətli baxış bəxş etməklə özünüz də bilmədən o insanı həmin an, həmin gün, bəlkə də əbədi olaraq xoşbəxt etmiş olursuz. Bu heç yaşa da baxmaz. Necə ki, balaca Nora yaşlı kişinin həyatına yeni bir məna, çalar gətirib.4 yaşlı Nora anası ilə ad gününü qeyd etmək üçün marketdə alış-veriş edərkən qızcığaz üzündə kədər olan yaşlı bir kişiyə yaxınlaşıb, “Salam, babacan , bu gün mənim ad günümdür” deyib. Yaşlı kişiylə bir neçə  xoş söz mübadiləsindən sonra Nora anası Tora Vudsdan  “mister Den”lə  birgə şəkillərini çəkməyi xahiş edib. Qızcığazın bu hərəkəti yaşlı Deni xeyli həyəcanlandırıb. Anası ilə Den söhbət etdiyi müddətdə Nora yaşlı kişinin əlindən tutub, hətta ayrılarkən onun əlini öpüb və onu qucaqlayaraq şəkillər çəkdirib. Yaşlı Den balaca qıza təşəkkür edərək Noranın onu çox xoşbəxt etdiyini deyib.Noranın anası marketdə çəkilmiş həmin şəkilləri Facebook-da paylaşandan sonra şəhərin  sakinləri Deni tanıyıb və Noranın anasına bildiriblər ki, o, bu yaxınlarda həyat yoldaşını itirib və xeyli fikir çəkir. Bu xəbərdən sonra Tara Vuds Denə zəng vurur, təsəlli verir və telefonda hər ikisi ağlayır. Həmin gündən sonra Den bu ailənin bir üzvünə çevrilib. Həftədə bir dəfə Nora Denlə görüşür, zəngləşir. Anası deyir ki, balaca Nora Den üçün çox narahatdır, o, sanki  qocanın itkisinin kədərini tam hiss edir…Moderator .az  4 yaşlı qızla Mister Denin tarixçəsini əks etdirən fotoları təqdim edir:


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler