Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Tayms-skverde öpüş” fotosundakı tibb bacısı vefat edib

11 Eylül 2016

6:24 am


11/09/2016 [10:22]: xeber –
ABŞ-ın Virciniya ştatında “Tayms-skverdə öpüş” fotosundakı tibb bacısı Qreta Fridman dünyasını dəyişib.Bu barədə “The New York Times” nəşrinə istinadən xəbər verir.92 yaşlı Fridman cümə axşamı, sentyabrın 8-də, Riçmond şəhər xəstəxanasında vəfat edib. Mərhumun oğlu Coşua Fridmanın sözlərinə görə, son vaxtlar onun anası bir sıra xəstəliklərdən, o cümlədən, pnevmoniyadan əziyyət çəkirdi. Qadın Arlinqton qəbiristanlıqda ərinin yanında dəfn ediləcək.“Tayms-skverdə öpüş”, həmçinin “Yaponiya üzərində qələbə günü tayms-skverdə” və ya “dənizçi tibb bacısını öpür” fotosu 14 avqust 1945-ci ildə Alfred Eyzenştedt tərəfindən Nyu-Yorkda əhalinin İkinci dünya müharibəsinin başa çatmasını qeyd etməsi zamanı lentə alınıb. Bir həftə sonra fotolar “Life” junalında dərc olunub. Foto XX əsrin ən məşhur fotoşəkillərindən birinə və Roma-Berlin-Tokio oxu üzərində qələbənin simvoluna çevrilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler