Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tarix İnstitutunda islahatlar getdikce derinleşir

14 Temmuz 2016

4:24 pm


14/07/2016 [20:23]: xeber –
İyulun 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. Elmi Şuranın iclasında Azərbaycan tarix elminin gələcək perspektivləri müzakirə olunub.İnstitutda Azərbaycan tarixinin müxtəlif dövrlərini və Beynəlxalq münasibətlər tarixini araşdıracaq yeni şöbə və bölmələrlə yanaşı, AMEA-nın Rəyasət Heyətinin qərarı əsasında yaradılan, ümumdünya tarixini araşdıracaq yeni bölmələr fəaliyyət göstərəcək.Tarix İnstitutunda yeni şöbələr – “Azərbaycan xalqına qarşı soyqırımları tarixi”, “Azərbaycanın sovet dövrü tarixi”, “Azərbaycan Respublikasının tarixi”, “Mənbəşünaslıq və tarixşünaslıq”, “Azərbaycanın sənətkarlıq tarixi”,“Azərbaycan mədəniyyəti tarixi”, “Beynəlxalq münasibətlər tarixi”, “Azərbaycan – Rusiya əlaqələri tarixi”, “İctimaiyyətlə əlaqələr” şöbələri və yeni elmi bölmələr – “Azərbaycan Atropatena tarixi”, “Azərbaycanın erkən orta əsrlər tarixi (III – XI əsrlər)”,  “Azərbaycanın XII – XVIII əsrin 30-cu illəri tarixi”,“Beynəlxalq münasibətlər tarixi”, “Azərbaycanın xarici siyasəti tarixi”, “Amerika ölkələrinin tarixi”, “Avropa ölkələrinin tarixi” bölmələri yaradılıb.Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovbildirib ki, Azərbaycanın dövlətçilik tarixi, xüsusən müstəqillik dövrünün araşdırılması ilə bağlı tədqiqatlar daha da genişləndiriləcək, Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik tariximizdəki mühüm xidmətlərinə həsr olunmuş əsərlər yazılacaq.Y.Mahmudov qeyd edib ki, gələn il yeni üçcildlik “Azərbaycan tarixi” kitabının nəşrinə başlanacaq.Elmi Şurada bildirilib ki, Həsən bəy Rumlunun “Əhsən ət-təvarix” əsərinin I cildi Azərbaycan dilinə tərcümə olunub və çapa hazırlanır. Tərcüməçi isə tarix üzrə elmlər doktoru, professor Şahin Fazildir.İnstitut direktoru qeyd edib ki, Nadir şah Əfşarı Azərbaycan xalqına olduğu kimi təqdim etmək lazımdır: “Nadir şah yeni dövlət qurmayıb, o, sadəcə Səfəvilərdən sonraƏfşarlar sülaləsinin əsasını qoyub. Azərbaycan tarixində dini barışığa cəhd edən görkəmli şəxsiyyətlərimiz olub: Uzun Həsən, Gödək Əhməd, II İsmayıl, Nadir şah Əfşar və b”.İclasın sonunda Yaqub Mahmudov tərəfindən Tarix İnstitutunun yeni strukturu elan olunub və Elmi Şura üzvləri tərəfindən isə yekdilliklə təsdiq olunub.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler