Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tarix İnstitutunda “İctimaiyyetle elaqeler” şöbesi fealiyyete başladı

22 Temmuz 2016

6:40 pm


22/07/2016 [22:39]: xeber –
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın 13 iyul tarixli iclasının qərarına əsasən “İctimaiyyətlə əlaqələr” şöbəsi yaradılıb.Elmi Şurada yeni şöbənin tərkibi təsdiq olunub və vəzifələri müəyyənləşdirilib. İnstitut üzrə verilmiş müvafiq əmrə əsasən, institutun mətbuat xidmətinin rəhbəri Nazim Xəlilov yeni şöbəyə rəhbərlik edəcəkdir.Qərara alınıb ki, Tarix İnstitutundakı yeniliklər və görülən bütün işlər bu şöbə vasitəsi ilə ictimaiyyətə çatdırılacaq. Tarix İnstitutu ilə KİV arasında əlaqələndirici olacaq bu şöbə mətbuat ilə əməkdaşlığı həyata keçirəcək.“İctimaiyyətlə əlaqələr” şöbəsinin yaradılması Tarix İnstitutunda mətbuat xidmətinin imkanlarının genişlənməsinə, KİV ilə əməkdaşlığın daha da inkişafına imkan yaradacaqdır. Bu şöbə televiziyalar, qəzetlər, informasiya agentlikləri, xəbər saytları və digər mətbuat orqanları ilə əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacaqdır.Qeyd edək ki, Tarix İnstitutunda “İctimaiyyətlə əlaqələr” şöbəsi AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən yaradılıb.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler