Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Tapılan qebir Zerdabinin qızınındırsa, düzeldilecek” – Əflatun Amaşov

29 Haziran 2016

11:00 am


29/06/2016 [14:59]: xeber –
“Əgər həqiqətən də tapılan qəbir Həsən bəy Zərdabinin qızı Qərib Soltan xanıma məxsusdursa, onun qəbri mütləq düzəldilməlidir. Mətbuat Şurası bunun üçün nə lazımdırsa, etməyə hazırdır”.sayt xəbər verir ki, Bunu hafta.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Şura sədri bildirib ki, Həsən bəy Zərdabinin qızının qəbri ilə bağlı məsələ ilə Bakıya qayıdandan sonra məşğul olacaq:“Hələ ki, mən Bakıda deyiləm, Moskvadayam. Vətənə qayıdandan sonra bu məsələlərlə kimlər məşğuldursa, qəbiri üzə çıxaran şəxslə də görüşəcəyəm. Qəbrin Həsən bəy Zərdabinin qızına məxsus olduğu düzgün müəyyənləşibsə, biz məzarın abad olması, yenidən təmir olunması üçün əlimizdən gələni edəcəyik. Hafta.az-a da minnətdaram ki, zəng edib, maraqlanıb. Məsələni diqqətdə saxlayıb. Bu haqda mənə demişdilər. Eşitmişdim ki, belə bir məsələ var. Qayıdan kimi bununla bağlı Mətbuat Şurası adından aidiyyatı qurumlar qarşısında məsələ qaldıracağıq. Mətbuatımızın 141 illiyinə bir aydan da az vaxt qalır. Yəqin ki, 22 iyula qədər qəbrin təmirini başa çatdıra bilmərik. Amma yaxın aylarda bu məsələ yəqin ki, öz həllini tapacaq”.Qeyd edək ki, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin qızının qəbrinin yerini Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnsitutunun əməkdaşı, fəlsəfə üzrə elmlər doktoru Xatirə Quliyeva tapıb.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler