Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tanınmış vekil Ramil Usubova şikayet edir – Bineqedinin DYP reisinden…

14 Ekim 2016

5:52 pm


14/10/2016 [21:49]: xeber –
sayt xəbər verir ki, tanınmış vəkil Bəhruz Bayramov bu gün axşam saatlarında DYP əməkdaşı tərəfindən üzləşdiyi hadisəyə görə Binəqədi DYP rəisindən daxili işlər naziri Ramil Usubova şikayət etməyə hazırlaşır:”Bir neçə dəqiqə yaxın qohmumun avtomobilində Binəqədi rayonu ərazisindən Azadlıq prospektinə doğru hərəkət edirdik. Yolda yaranmış tıxac avtomobillərin yerində qalmasına səbəb olmuşdu. Yanımdakı sürücü qoşa xəttin tələbini pozaraq, başqa yola keçməyə çalışdı. Amma bizi saxlayan BDYPİ-nin YPX əməkdaşı törədilmiş inzibati xətaya görə, protokol tətbiq eləmək əvəzinə zorla avtomobili cərimə meydançasına apardı. Təsəvvür edin, avtomobildə olan azyaşlı uşaqlar, qadınlar düşüb, taksiylə getməli oldular. Mən bu dərəbəyliklə maraqlananda dedilər ki, Binəqədi DYP-yə Vüqar adlı yeni rəis gəlib, onun tapşırığıdır. “Qazlı” rəisin kimin uşağı, yaxud da kimin qohumu olmasını bilməsəm də onun bu əməli ilə bağlı DİN rəhbərinə müraciət edəcəm. Əgər ortada inzibati xəta varsa, qanunverciliyin tələbinə uyğun addım atılsın. İnsanları incitmək, əlavə əziyyətə salmaq nəyə lazımdır? Vəzifəli şəxs xalqa xidmət etmək üçün vəzifəyə təyin olunur. Ərkəsöyün bir rəisin şıltaqlığı isə insanlara əlavə əsəb verir”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler