Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tanınmış vekil nazirliyi mehkemeye verir – İDDİA

04 Ağustos 2016

8:12 pm


05/08/2016 [00:11]: xeber –
Tanınmış vəkil Bəhruz Bayramov Rabitə və Yüksək Texnologiyalar Nazirliyini məhkəməyə verir.sayt-a daxil olan məlumata görə buna səbəb vəkilin aylıq 20 manat internet pulu ödəməsinə bnaxmayaraq son iki ayda ümumiyyətlə internet sarıdan çox ciddi problemlər yaşaması olub. B. Bayramovun saytımıza bildirdiyinə görə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yaşayır və aylıq 20 manat internet pulu ödəməsinə baxmayaraq internet üzünə həsrətdir. ATS-ə çoxsaylı müraciətlərindən sonra internetin verilməsi bərpa edilir, ancaq üstündən bir neçə saat keçdikdən sonra təkrar internet itir, buna görə də xeyli vaxtdır ciddi əsəb sarsıntısı keçirən vəkil nazirliyi məhkməyə verməkdən başqa yol qalmadığını düşünür. Vəkil üzləşdiyi bu qeyri-adekvat münasibətə görə nazirlikdən yüksək təzminat tələb edəcəyini də bildirir.Yeri gəlmişkən, sayt saytının baş redaktoru da anoloji halla üzləşib. Bu azmış kimi internet və telefon pulunu ödəməsinə baxmayaraq ATS-dən zəng vurub iki aylıq borcu olduğunu bildiriblər. Baş redaktor əlindəki çeki poçta apararaq yaranmış anormal duruma izah istəyib, poçtdan ona deyiblər ki, problem onlarlıq deyil, onların işi abonentlərdən pulu alıb bununla bağlı çek verməkdir, ATS-də oturub abonentdən pul tələb edirlərsə, deməli, problem onlardadır. Hər halda bütün bunlar Bəhruz Bayramovun nazirliyi əbəs yerə məhkəməyə vermədiyini göstərir və baş verənlər ölkədəki sürətli internet iddialarının internet nağılından başqa bir şey olmadığını göstərir.Mövzunu diqqətdə saxlayacağıq.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler