Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tanınmış tehsil ekspertinden tehsil nazirine maraqlı TƏKLİF…

04 Ekim 2016

8:16 pm


05/10/2016 [00:12]: xeber –
Əvvəlini bu linkdən oxumaq olar— moderator.az/news/153637.htmlTəhsilimizə soldan baxışŞərq müdrükləri “əyrini düzəltmək üçün onu təzədən əymək lazımdır”- deyiblər. Qərblilər isə hesab edirlər ki, “prolemin həllinin yarısı onun qəbul edilməsindədir”. Üstəlik, min illər öncə Çin filosofu Konfitsu “əks fikirlər bir birini tamamlayır”- demişdir.Nazir təhsilə əsasən sağdan baxdı və uğurları %-lərin dili ilə təqdim etdi. 15 sentyabrda ancaq uğurlardan danışmaq başa düşüləndir.  Sual olunur, bu 10 % -li yüksəlişlər məqbul həddən aşağıdır, yoxsa yuxarı?  Təhsili normal vəziyyətə gətirmək üçün ona soldan da baxmaq lazımdır. Əvvəlcə onu qeyd edim ki, Azərbaycanın müasir təhsilinin yaşı təqribən 100 ildir.  Təhsilimizin keçdiyi bu yolda qazandığı uğurlar, çətinliklər, buraxdığı səhvlərə diqqət yetirməyin vaxtıdır. Bu niyyətlə yüksək səviyyəli bir konfransın (Təhsil -100) keçirilməsinə ehtiyac düyulur. Bu konfransda təhsilə həm sağdan və soldan, həm aşağıdan və yuxarıdan baxmaq olar. 100 yaşı olan təhsilimizə bir obyektiv baxış lazımdr ki, biz haradan hara gəlmişik və haraya getməliyik. Belə bir konfransda kimsə “özəl ali məktəblər öz diplomunu versə yaxşıdır” – ideyası kimi yeni ideyalar eşidə bilərik. Və ya kimsə “gənclər əsgərliyə orta təhsildən sonra getsinlər” – fikrini söyləyə bilər. Yaxud təhsil ənənəmizin zəif olmasının səbəbi nədir? – sualına cavab tapa bilərik. Və ya xarici dilləri (rus, ingilis və s.) zəif öyrənməyimizin, təhsildə ənənə qıtlığının səbəblərini öyrənərik. Hesab edirəm ki, 100 ildə bir dəfə yüksək səviyyədə belə vacib sahəni müzakirə etməklə çox qabağa getmək olar. Yeri gəlmişkən, təhsildə “ənənə qıtlığı” ilə bağlı bir nöqtəyə toxunmaq istəyirəm. Bizim bu gün “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti” kimi tanıdığımız ali məktəb1920 ci ildə M.Əzizbəyov adına “Azərbaycan Sənaye İnistitu” adlanıb. 1930 –cu ildə “Azərbaycan Neft İnistitu”, 1934-cü ildə “Azərbaycan Sənaye İnistitu”, sonra “Azərbaycan Dıvlət Neft Akademiyası” adlandırılıb. Dünyaca məşhur, SSRİ-nin bir çox şəhərlərdə flialları olan bir ali təhsil ocağının adın tez- tez dəyişməklə biz özümüzə xeyrli, ya zərərli iş görürük? Bu gəlişmələrin xeyri nə, şəri nə? -kimi sualları da “Təhsil-100”-də  müzakirə oluna bilər…Belə işlərin günahkarı varmı?Buna görə təhsilə soldan da baxmağın xeyri çoxdur. Güman edirəm ki, təhsildə keyfiyyəti qaldırmaq üçün bir çox ciddi nəzəri, pedoqoji – psixoloji, metodoloji propblemlər də həll edilməlidir. Bu niyyətlə, ancaq bir neçə məsələyə toxunmaq istəyirəm. 1.  Müasir mərhələdə dövlətin təhsil siyasətinə ehtiyac duyulur. Təhsil siyasətinin xüsusiyyəti ondan ibarətdir ki, o dörd sahəni – siyasi, sosial, iqtisadi və təhsili biri – biri ilə birləşdirir. Təhsildə keyfiyyətin yüksədilməsi siyasi məsələ hesab edilməlidir. Anoloji sənəd RF-da S.L.Katanandov tərəfindən hazırlanmış və 2001-ci ildə ölkə prezidenti V. Putin tərəfindən imzalanmışdır. Bu sənəd təhsil və siyasət, təhsil və din münasibətini, orta təhsildə ikidillik və onun vətənpərvərliyə təsiri, xaricdə baza təhsil və bunun kimi məsələləri özündə ehtiva edə bilər. Təhsil sistemini parçalanması, onun mürəkkəb sistem halına gətirilməsi arzu olunmaz haldır. Çünki, təhsilin mürəkkəb sistem kimi idarəolunması çətindir, keyfiyyət aşağı düşür. Bütün ali məktəblər Təhsil Nazirliyinin tabeçiliyinə keçərsə, təhsil sistemi xeyli sadələşər və asan idarə edilər. 2. Təhsilin fəlsəfəsi hazırlanmalıdır. Kütlənin təhsilindən fərdin təhsilinə keçid, kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə keçid, liberal-demokratik təhsil standartları hazırlanması da keyfiyyətə təsir edən faktorlardandır. Fəlsəfi baxımdan təhsilin məzmunu elə olmalıdır ki, gənclər orta məktəbi qutarandan sonra ümumi mənafeni, şəxsi mənafedən üstüm tuta bilsinlər. Belə olan halda ancaq inkişaf mümkündür.3. Təhsilin pedoqoji və psixoloji problemləri diqqət mərkəzinə çəkilməli (kişi müəllimlərin məktəbə qaytarılması, yaşlıların təhsili, müəllim və valideyn səriştəsi problemləri, repititorluğun zərəri, TEST münasibət, təhsildə motivasiya problemi, rus bölməsində “azərbaycan dili və azərbaycan tarixi” fənlərinin tədrisi, gənclərin fiziki hazırlığı problemləri və s.) və geniş təhlil olmalıdır.  Kaliforniya Universitetindən alimlərinin (Roger Bohn və James Short) orta təhsil pilləsində maraqlı araşdırma aparmışlar. Onlar göstərmişlər ki, insan beyni hər gün 100 min 500 sözə məruz qalır. Bu sözlərin 45% -i internet və rəqəmsal cihazlardan, 27% -i televiziyadan, 11% -i radio və bənzəri cihazlardan, 9% -i qəzet və çap edilmiş vəsaitlərdən, 5% -i telefon danışmalarından gəlir. Maraqlı nəticə budan ibarətdir ki, çox böyük pullar xərclədiyimiz məktəbdən alınan məlumatlar kiçik bir nisbətə (10 %) malikdir. Məlumdur ki, kiçik yaşlarda məktəbdən alınan riyaziyyat və oxuma-yazma kimi dərslər son dərəcə önəmli olduğu halda şagirdlər böyüdükcə ehtiyac duyduqları və öyrənmək istədikləri məlumatlar də dəyişməkdədir. Yəni yuxarı siniflərdə bilik zəif ötürülür. Artıq bəzi ölkələrdə məktəbdə verilən məlumatların təqdim edilmə metodları və xərcləri müzakirə edilir.4. Ölkəmizdə biliyin qiymətləndirilməsini vahidlik prinsipi pozulub. Təhsil sistemində bilik 5; 10; 100; 700 ballı şkala ilə qiymətləndirilir. Səbəb nədir ki, biz vahid şkaladan istifadə etmirik? Məqbul hədd bir termin kimi lazımdırmı?Yuxarıda sadalanan problemlər içərisindən mən ilk baxışda əhəmiyyətsiz görünən müəllim və valideyn səriştəsi probleminə toxunmaq istəyirəm. ABŞ alimləri hesab edirlər ki, biz körpələrlə danışanda söz seçiminə ciddi diqqət yetirməliyik. Balalarımıza “mənim ağıllı balam” ifadələrini işlətməməliyik. Belə məqamlarda “mənim qoçaq balam” ifadəsi məsləhət görülür. Çünki, ağıl Allah payıdır, biz onu dəyişə bilmərik, ancaq qoçaq olmanı dəyişmək mümkündür. “Mənim ağıllı balam” ifadəsi uşağın çalışmasını passivləşdirir, əksinə “qoçaq balam”ifadəsi aktivləşdirir. Bu mövzu ilə bağlı dünya təcrübəsini öyrənən bütün müəllimlərə və məsuliyyətli valdeynlərə fəlsəfə doktoru, təhsil eksperti Etibar Əliyevin “Valideyn səriştəsinin artırılması” (Bakı, 2016) kitabı ilə yaxından tanış olmalarını məsləhət görərdim.Dünya sürətlə dəyişir. Texnoloji inqilab dövrünün, rəqəmsal dövrün, başqa sözlə, internet dövrünün  yeni nəsili, yaşlı nəsillə çiyin- çiyinə işləyir. Bu nəsil sənaye dövrünün cəmiyyətini post sənaye cəmiyyətlərinə çevirirlər. Yeni dövrdə bilik iqtisadiyyatı, innavosion iqtisadiyyat aparıcıdır. Bir çox qabaqcıl dövlətlərin ümumdaxili məhsulun yarıdan çoxu bilik iqtisadiyyatının payına düşür. Təhsil – insan davranışını istənilən yöndə dəyişmək və özünə güvənən vətəndaşlar yetişdirmək vasitəsidir. İstərdim ki, gənclərimiz təhsilin köməyi ilə düşüncələrini dəyişərək, yeni dövrün çağrışlarını ləyaqətlə qarşılasınlar, təhsil işçiləri isə bu işdə onlara dayaq olsunlar.  Prof. Şahlar Əsgərov,əməkdar elm xadimi


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler