Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tanınmış şair Türkiye hadiseleri baresinde: “Çox şükür ki, bele de oldu”

16 Temmuz 2016

12:36 pm


16/07/2016 [16:32]: xeber –

Türkiyədə yaşayan tanınmış azərbaycanlı şair, professor Məmməd İsmayıl ötən gecə baş tutan hərbi çevriliş cəhdinə münasibət bildirib. sayt xəbər verir ki, vətənpərvər şair baş verən hadisələri və onların nəticələrini bu cür dəyərləndirib: “Taleyimin ölkəsi, ikinci vətənim olan Türkiyədə olaylar indi ondan çox uzaqlarda olduğun vaxtda məni üzür. Hələ hadisələrin gərgin olduğu vaxtda, müalicə aldığım kurort şəhərində sanki bildiyim bir şey varmış kimi, məndən dövlət çevrilişinə cəhdlə bağlı suallar soruşanda, “qələbə millətin olacaq” deyirdim. Türk milləti sıradan bir millət deyil və yaşayan hər bir türkün damarlarında minillik dövlətçilik ənənəsi, təcrübəsi olan qan coşub çağlayır. Hər şeyin əlacı bu əsl qandadırsa, türk millətinə də, dövlətinə də zaval gəlməz. Çox şükür ki, belə də oldu. Yenilənlər zatən yenilgiyə məhkum idi. Ölkəni idarə edənlər də vaxt tapıb papaqlarını qarşılarına qoyub, fikirləşməlidirlər ki, necə edək ki, demokratiyaya sahib çıxan millətin adına layiq olsun”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler