Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Tanınmış olanda çoxları ele bilir ki, “40-cı qapılar”ın açarı sendedir”

30 Ağustos 2016

1:48 pm


30/08/2016 [17:47]: xeber –
sayt  ANS televiziyasının xəbər spikeri Əfsanə Mehdiyeva ilə müsahibəni təqdim edir:Azərbaycanda əksər valideynlər qız övladlarının jurnalistikada olmasına o qədər də həvəs göstərmir. Sizin bu sahəyə gəlişiniz necə oldu? Seçiminizı özünüz etdinizsə, ailədən buna qarşı çıxan oldumu?Əvvəla, yeni layihəniz xeyirli-uğurlu olsun. Mən özüm də saytınızın aktiv oxucuları siyahısındayam. Ondan başlayım ki, xəbərə Şərqdə adətən daha çox qız, qadın işi kimi yanaşıblar. Belə demək olarsa, qeybətimizi ediblər, jurnalistika isə doğru xəbərlərin akademik formada məşğul olunduğu sahədir. Ciddi jurnalistikada qadın, kişi bölgüsü yoxdur. Xəbərin yalanı, düzü olur, oğlanı, qızı yox). Ailəmizin peşə seçimimə münasibətinə gəlincə, demokratik ailə mühitində tərbiyə almışam. Valdeynlərim həmişə seçimlərimizə, qərarlarımıza hörmətlə yanaşıblar, dəstək olublar. Bizə qadağalar uşaq vaxtı qoyulub. Amma bu qadagalara peşə seçimi aid deyil. Yəni bu çətin, amma məsuliyyətli peşəni seçməyimdə ailəmin təpkisi ilə qarşılaşmamışam.-Çap mediasının nümayəndələrindən fərqli olaraq, siz aparıcı kimi milyonların qarşısında olmusunuz. Göz qabağında olmaq nəyisə dəyişir? Yaxud, bu, hansısa imkanları əlinizdən alıb?-Əlbəttə dəyişir. Səni tanıyırlar, Səndən xüsusi nəsə gözləyirlər, məşhurlaşmaq adamın üzərinə qeyri- adi yük qoyur. Çoxuna elə gəlir ki, Sənin xüsusi imtiyazın var, bütün 40-cı qapıların açarı səndədi və s… Sən isə belə fikirləri elə ehtiyatla təkzib etməlisən ki, həm anlaşılasan, həm də incitməyəsən. Üstünlükləri təbii ki var, tanınırsan, adi vəziyyətlərdə belə saatlarla növbə gözləmirsən, ictimai statusun dadına catdığı məqamlar olur, amma çətinlik yaratdığı yerlər də var. Məsələn, paytaxt çimərliklərinə həsrət qalmaq kimi…– İndi əksər aparıcıların diksiyası bu sahədə öz sözünü demiş professionalları qane etmir? Onlar nə dərəcə doğrudurlar? Özünüzdə səhv görmüsünüz heç?– Efir həyatın bir parçasıdı. Hər birimiz efirə həyatımızdan gəlirik. Xasiyyət, davranış tərzi, ləhcə… Bütün bunlar ortaq mədəni dil və davranış həddi əldə olunana qədər cilalanmalıdır. Əlbəttə, burda söhbət əyalət və köklü şəhər sakinləri arasında ayrı-seçkilik etməkdən getmir. Rayon ləhcəsini efirə daşımaq kimi Bakılı şivəsi ilə də tamaşaçı qarşısına cıxmaq olmaz! Sən tamaşaçıyla ona doğma olan ləhcədə yox, ona doğma olan dildə danışmağa borclusan. Hər ləhcə, hər şivə gözəldir, amma Azərbaycan Dili bu ləhcə və şivələrin hamısından nəsə götürmüş, qəbul olunmuş ünsiyyət sisteminə əsaslanır. Aparıcı da insandı, iş varsa, səhv də qaçılmazdır. Təbii ki, mən də özümdə səhv görürəm. Amma bizim efir yükümüz sələflərimizinkindən xeyli ağırdır. Söhbət ANS telekanalından gedir. Ona görə də səhvimizi bizim kimi gərək tamaşaçımız da başa düşsün.-Bəziləri deyir uzun müddət işlədiyin məkanı dəyişmək çətin olur. ANS-dən sonra planınız nədir?“ANS-dən sonra” demək sizcə, hələ tez deyil? Qarşıda hələ məhkəmə prossesi var və hər kəs bu anlaşılmazlığın aradan qaldırılacağına ümid edir. Ona görə də planım yoxdur- ANS digər özəl kanallardan fərqli olaraq, müəyyən qədər tənqidçi mövqeyi ilə seçilib. ANS-ın yenidən yayımı mümkün olmazsa, başqa TV-lərdə ANS-çilərə “STOP” qoyulmaz ki?– Düzdür, ANS cəmiyyətin müxtəlif sahələrini tənqid edib. Çünki, tənqid olmasa bir problemin həlli də mümkün olmaz. O tənqidlər sayəsində bir çox problemlər həll olunub. ANS-də istənilən aparıcı müxbirliyi bacarır, süjetlərini özü montaj edir. Ona görə digər telekanallar ANS-in kadrlarını transferində maraqlıdı. Hətta çox sağ olsunlar, dəvət edənlər də var. Amma bu dəvətlər də elə vaxt və elə şəkildə edilməlidi ki, “ANS öldü, gəlin, indi cəsədini dimdikləyək!” kimi çıxmasın (gülür-S.X)– TV-dən başqa hansı sahədə özünüzü görürsünüz?– Hələki özümü televiziya sahəsində görürəm. Başqa sahələrdə özumu sınamaqdan qorxmaram. Amma indi bu barədə danışsaq kənardan elə görünəcək ki, Əfsanə əmək birjasına qeyri-rəsmi muraciət edir. Buna isə ehtiyac yoxdu.– Köhnə ANS-çilərdən biri müsahibəsində “işçi rəhbərdən ağıllı ola bilməz” fikirini səsləndirmişdi. Vahid Mustafayev doğrudanmı, işçilərinin qabağa getməsində maraqlı olmayıb?– Əgər bir insan böyük bir təşkilatı qurub, onu 25 il idarə edibsə, deməli, ağıllıdır. Vahid Mustafayev özü az ulduz yetişdirməyib. Paxıl olsaydı özü efirə çıxardı. Məncə, paxıllıq uğurlu insanların fəaliyyətini görməzdən gələnlərə xasdı. Söhbət ağıllı və ya ağılsızlıqdan getməməlidi! Söhbət hər kəsin öz yerində olması tək mühüm qanunauyğunluqdan getməlidi.(Gununsesi.info)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler