Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tanınmış hüquqşünasdan Prezident yanında Apellyasiya Şurasının sedrine ŞİKAYƏT…

04 Kasım 2016

7:04 am


04/11/2016 [11:03]: xeber –
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri, Prezident yanında Apellyasiya Şurasının sədri Cənab Nuriyev Eldar Qasim oğlunaHörmətli Eldar Nuriyev! Adınızın hallandığı, adınızdan istifadə edildiyi və adınızla bir Azərbaycan vətəndaşının həyatının cəhənnəmə döndərildiyi bir hadisə barədə sizə məlumat verirəm ki, biləsiniz.Bilmirəm, Nuriyev Vidadi adlı adamı tanıyırsınız, ya yox?Soyadınızın eyni olması təsadüf də ola bilər. Ancaq Vidadi Nuriyev özünü sizin qudanız kimi təqdim edərək artıq 4-5 ildir ki, hakimləri psixoloji terrora məruz qoyub.  Mən hələ ki, sizin bu qanunsuz, ədalətsiz, qonşuluq əxlaqına sığmayan hərəkətlərdə iştirakınıza inanmıram. Ancaq hakimlərin qəbul etdikləri, qanunsuzluğu açıq – aşkar görünən qərarlar hansısa nüfuzlu, səlahiyyətli, yüksək vəzifəli şəxsin hakimlərə təzyiq etməsindən xəbər verir.Bu sizsinizmi? Bilmirəm.Bəlkə də məsələnin mahiyyətini bilsəniz, yaxın qohumunuz olsa belə, bu çirkin hərəkətə imkan verməzsiniz.“Qudanız” Vidadi Nuriyev Şamaxı sakini Qasımov Rövşən Əli oğlunu qonşuluğundan bezdirib qaçırmaq və bu yolla onun mülkünü dəyər-dəyməzinə ələ keçirmək istəyir.Məsələ belədir.“Qudanız”ın həyat yoldaşı Nuriyeva Ella Maşallah qızının adına olan bir otaqlı mənzil (sahəsi 30-40 kv.m)  Şamaxı şəhəri, Qədirli küçəsi-69 ünvanında  R.Qasımovun 90 kvadrat metrlik mənzili ilə divar qonşusudur, yanyanadır. R.Qasımovun mənzilinin sağ tərəfindəki divar qonşusu isə Vidadi Nuriyevin qayınanasıdır.                   Vidadi Nuriyevin strateji məqsədi belədir: R.Qasımovu “aradan götürmək” və  binanı bütövlükdə  öz mülkiyyətinə keçirmək.Bu qanunsuz məqsədinə çatmaq üçün, o, 2008-ci ildən başlayaraq, müxtəlif əsaslarla məhkəmələrə müraciət edib. Şamaxı rayon məhkəməsi onun iddiasını rədd etdikdən sonra, o vaxt Şamaxı rayon məhkəməsinin sədri olan  xanım hakimə qarşı böhtan dolu ərizələrlə Ədliyyə Nazirliyini  yaylım atəşinə tutan Vidadi Nuriyev, nəhayət,  21 il bundan öncə Şamaxı rayon İcraiyyə Komitəsinin qəbul etdiyi qərarı Sumqayıt Apellyasiya Məhkəməsində (sədrlik edən hakim Nazim Nəsibov) ləğv etdirdi və  həngamə də bundan sonra başladı.Şamaxı rayon İK-nin 18 sentyabr 1990-cı il tarixli qərarı ilə həkim kimi R.Qasımova,  11 noyabr 1990-cı il tarixli qərarla, müharibə veteranı kimi,  E.Nuriyevadan əvvəl onun mənzilinin mülkiyyətçisi olmuş bir vətəndaşa həmin mənzillər veriləndə icraiyyə komitəsinin qərarlarında həm də yazılıb ki, mənzillərin qarşısında olan  3 sot torpaq sahəsi mənzil mülkiyyətçilərinin istifadəsinə verilsin. Vidadi Nuriyev 22 ildən sonra,  sizin adınızın köməyi ilə “sübut etdi”ki, sən demə, Rövşən Qasımovun adına verilən sərəncam saxtadır. Sərəncamın saxtalığı barədə isə ekspertiza rəyində bir kəlmə də söz yoxdur, hörmətli Eldar Nuriyev. Sumqayıt Apellyasiya məhkəməsi 22 il öncə verilmiş sərəncam əsasında torpaq sahəsini özəlləşdirən R.Qasımovun mülkiyyət hüququnu təsdiqləyən “Çıxarış”ı ləğv etdi və qərar verildi ki, R.Qasımov mübahisəli  torpaq sahəsindən çıxarılsın. İddia müddəti deyilən bir anlayış heç yada da düşmədi.Həmin qətnamənin icrası zamanı məlum oldu ki, R. Qasımov Vidadi Nuriyevin istədiyi torpaq sahəsindən, yəni şəxsi mənzilinin qarşısında olan sahədən  çıxarılsa,  mənzilinə girmək üçün tavandan deşik açılmalıdır.Qətnamənin icrasında yaranmış çətinliklərlə bağlı, Ədliyyə Nazirliyinin Şamaxı icra şöbəsinin icra məmuru qətnaməyə izahat vermək üçün Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etdi. Hakim Nazim Nəsibov qətnaməsinə belə izahat verdi: Rövşən Qasımov Ella Nuriyevanın qanuni istifadə hüququ olan və onun mənzilinə bitişik olan torpaq sahəsindən çıxarılmalıdır.Sumqayıt Apellyasiya Məhkəməsinin  bu barədə olan qərardadı Ali Məhkəmə tərəfindən qüvvədə saxlandı. Hörmətli Eldar Nuriyev, bir hüquqşünas kimi siz bu izahatda başa düşülməyən, aydın olmayan nəsə  görürsünüzmü? Belə bir suala özünüz cavab axtarsanız, “qohumunuz”un nə qədər səhv yolda olduğunu görəcəksiniz: Rövşən Qasımovun mənzilinin qarşısındakı torpaq sahəsi Ella Nuriyevanın mənzilinə bitişik sahədirsə, bəs onda R.Qasımovun mənzilinə bitişik torpaq sahəsi hardadır?Neçə ildir ki, sizə arxalanan Vidadi Nuriyevin qanunsuz istək və tələblərinə görə, qətnaməni  icra etmək mümkün olmur.Nəhayət, Şamaxı rayon İcra şöbəsinin icra məmurunun çağırışı  ilə 13 oktyabr 2016-cı ildə,  növbəti dəfə həmin ünvanda olduq. Vidadi Nuriyevlə birlikdə, qoltuğunda əvvəlcədən saxladığı sənədlərlə (sonradan aydın oldu ki, həmin sənədləri onun qoltuğuna sizin həmfamiliniz verib) gələn “mütəxəssis”, ƏMDK-nin  14 saylı Şamaxı Lahiyə Tədqiqat idarəsinin əməkdaşı Kərimov Vaqif Kərim oğlu  qanunsuz ölçmə işləri aparmaqla icra prosesini pozdu və sonra da icraçının və mənim etirazımıza baxmayaraq “hadisə yeri”ndən qaçıb getdi.Hörmətli Eldar Nuriyev,  Sizin “qudanız” qonşusunun pəncərəsinin, evinin giriş qapısının düz qarşısında olan torpaq sahəsini, yəni mənzilə zəruri istifadə üçün lazım olan sahəni zəbt etmək istəyir.Mülki Məcəllənin 245-ci maddəsində (torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi) deyilir: “torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.” Lütfən son cümləyə diqqət edin, hörmətli E.Nuriyev. Bir hüquqşünas kimi söhbətin nədən getdiyini, qanunvericinin nə demək istədiyini bilməmiş deyilsiniz. Hər bir mənzilin, binanın, qurğunun altında və qarşısında olan müəyyən  torpaq sahəsi həmin obyektlərin istifadəsi üçün zəruri olan torpaq sahəsidir. Bu “zəruri”nin ölçüləri isə tikinti-tekniki qaydalarında vardır.Sizin “qudanız”,  R.Qasımovun mənzilin qarşısındakı, həmin mənzilin zəruri istifadəsi üçün vacib olan  torpaq sahəsini ələ keçirmək istəyir. Sabah R.Qasımovun mənzilində yanğın baş versə, xəstəsi olsa, kommunikasiya xətlərinin çəkilməsi lazım gəlsə, xüsusi təyinatlı maşınlar, məsələn yanğınsöndürən, təcili yardım maşını, qəza maşınları mənzilə necə yaxınlaşacaq?  Vidadi Nuriyevin, sizin bu başabəla “qudanız”ın, sizin nüfuzunuza söykənən kaprizləri belə problemlər yaradacaq, cənab Eldar Nuriyev.Vidadi Nuriyev öz istəyinin hüquqi əsası kimi belə bir fakta söykənir: Şamaxı rayon XDS İcraiyyə Komitəsinin 11 noyabr 1990-cı il tarixli qərarı ilə Qədirli küçəsi 69 saylı ünvanda yerləşən kommunal evin 1 saylı mənzili əvəzsiz olaraq Q.İ.Smirnova verilmiş və tikinti altında olan 0,0316 ha torpaq sahəsi ona təhkim edilmiş, Q.İ.Smirnov da həmin evi hazırki iş üzrə iddiaçı Ella Nuriyevaya satdığı üçün, ona təhkim edilmiş torpaq sahəsi üzərində də Ella Nuriyevanın əmlak hüquqları yaranmışdır.Ancaq bu torpaq hardadır, koordinatları, ölçüləri necədir, qonşuları kimdir, mənzilin qarşısındadırmı, solundadırmı, arxasındadırmı, sərəncamdan bilinmir. O vaxt qüvvədə olan qanunlara əsasən, tələb edilən  “ayrıc (təhkim) aktı” yox, torpaq şöbəsində qeydə alınmayıb və sair. Hörmətli Eldar Nuriyev,  Vidadi Nuriyev bu qanunsuz və əsassız  niyyətlərini həyata keçirmək üçün sizin adınızdan, nüfuzunuzdan istifadə edir. Əgər bu günədək,  həqiqətən də, sizin bu qanunsuzluqlardan xəbərinzi yoxdursa, indi oldu. Xahiş edirəm, qudanızı qanunlara və qonşu haqlarına hörmət etməyə dəvət edin. Axı Siz Prezident yanında Apellyasiya Şurasının sədrisiniz. Vətəndaşların son şikayət məqamı sizsiniz. P.S. Hörmətli Eldar Nuriyev, Vidadi Nuriyevin bu əsassız məhkəmə oyunlarının nəticəsində, artıq, həkim Qasımov Rövşən Əli oğlu ağır əsəb və ürək xəstəliyi tapıb. Qohumunuzu başqalarının həyatı ilə oynamaqdan çəkindirin. Sonra gec olar.Hörmət və ehtiramla, hüquqşünas Məmmədov Qurban Cəlal oğlu050-200-66-10“Vikipediya”dan: Eldar Nuriyev 15 noyabr 1955-ci ildə Lənkəran şəhərində anadan olub. Azərbaycan Dövlət Unversitetinin sovet dövründə ən nüfuzlu fakültəsi olan Hüquq fakültəsini bitirən E.Nuriyev 1-ci dərəcəli dövlət müşaviridir.O, əmək fəaliyyətinə 1979-cu ildə Gəncədə başlayıb. Şəhər prokurorluğunda köməkçi vəzifəsində çalışan E.Nuriyev burada 1993-cü ilə qədər işləyib. 1993-cü ilin avqustu E.Nuriyevin karyerasına uğurlu il kimi düşüb. Həmin il o, Bakı şəhəri prokurorluğunun DİO-da qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinə irəli çəkilir. 1996-cı ilə qədər bu vəzifədə çalışan Nuriyev 1998-ci iliinn mayında Prezidentin İcra Aparatının Dövlət-Hüquq şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunur. İki il bu postda çalışdıqdan sonra 2000-ci illin oktyabrında Prezidentin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinə böyük referent vəzifəsinə irəli çəklir. E.Nuriyev burada 6 il çalışıb. 2006-cı ildə o, prokurorluq sisteminə qayıdır.2006-cı ilin aprelində Baş Prokurorluğa əmri verilən E. Nuriyev Baş prokurorun müavini vəzifəsinə təsdiqlənir. Daha sonra Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri təyin olunub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler