Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tanınmış hüquqşünasdan edliyye nazirine MÜRACİƏT

04 Eylül 2016

5:44 pm


04/09/2016 [21:40]: xeber –
Əziz dostlar, problemi ictimailəşdirmək məqsədilə bu statusu paylaşmağınızı xahiş edirəm.Ədliyyə Naziri hörmətli Fikrət Məmmədovun nəzərinə:Ədliyyə Nazirliyinin Məhkəmə qərarlarının baş icra idarəsi rəsmən Azərbaycan dövlətinin üzünə tüpürür. Belə ki, Azərbaycan dövlətinin adından 2007, 2011-ci illərdə qəbul edilən məhkəmə qətnamələri icra edilmir. Ənvərpaşa Quliyev adlı vətəndaşın Goradildəki evini saxta etibarnamə ilə 1997-ci ildə (atəşkəsdən iki il sonra) “alan” cavabdehlər evdən çıxarılmırlar.Baş idarə mənə verdiyi cavabda bunu belə əsaslandırıb: cavabdehlər qaçqındırlar, buna görə də onları mənzillə təmin etmək üçün (!!!) Qaçqınkoma müraciət edilib, hələ də cavab alınmayıb deyə, qətnamə icra edilmir. Bax belə!1. Məhkəmə qətnaməsi təftiş edilmək üçün deyil, icra edilmək üçündür.2. Məhkəmə bu işi araşdıranda qaçqın məsələsinə qiymət verilib, sübut edilib ki, cavabdehlər həmin evə qaçqın kimi yerləşdirilməyiblər, oranı atəşkəsdən 3 il sonra saxta etibarnamə ilə dəyər-dəyməzinə (3 min dollara) “alıblar”.3. Mən “Qaçqınkom”a müraciət edib 3 günə cavab almışam: cavabdehlər hələ 2006-cı ildə 4 otaqlı mənzillə təmin ediliblər.Bu məsələ ilə bağlı Ə.Quliyev bir dəfə şəxsən nazir Fikrət Məmmədovun qəbulunda olub. Mən isə dəfələrlə Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisinin, iki dəfə isə nazir müavininin qəbulunda olmuşam. Nəticə yoxdur.Qanunları icra etməyəcəksinizsə, Konstitusiyaya dəyişiklik etməyinizin nə mənası var? Bu xalq həmişə belə şərəfsizcəsinə yaşamağa dözməyəcək, unutmayın, cənablar!Qurban Məmmədov, tanınmış hüquqşünas


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler