Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tanınmış hüquqşunas Fuad Poladovla Ənver Seyidovu ferqlendirdi…

29 Ekim 2016

6:52 pm


29/10/2016 [22:49]: xeber –
Bir daha dostluğumla qürur duyduğum Fuad Poladovu yada salmaq üçün bəzi fikirlərimi Sizinlə bölüşürəm. Bu yaşımda İnsan üçün ən böyük nemətin ailə, ən böyük xoşbəxtliyin isə ailə xoşbəxtliyi olduğuna heç vaxt şübhəm olmadı. Bu xoşbəxtliyin dadını bilməyənlərə, onun verdiyi misilsiz duyğuları hiss etməyənlərə həmişə yazığım gəlib. Belə insanların həyatları mənasız olduğundan, ailə xoşbəxtliyi duyğularını yaşamadıqlarından onların həmişə qəddar, vicdansız, insafsız olduqlarının şahidi olmuşam. Özüm üçün həyatda ən böyük meyar mən olmayandan sonra balalarımın, nəvələrimin mənim adımı necə yada salacaqları olub. Elə bu yaşımda da mənim üçün ata-ana yurduma gedəndə, xüsusən toy, yas məclislərində olan söhbətlər həmişə ibrətamiz olub. Ona görə ki, heç kimin bu dünyada etdikləri yaxşılıq və pisliklər nəticəsiz qalmır. Xüsusən, əyalətlərdə insanların pis əməllərinə görə bəzən balalarına ömrü boyu problem yaradan ayamaları, ləqəbləri də olur. Özüm şəxsən əksinin şahidi olmuşam. Atam çox cavan rəhmətə getdiyindən bacı qardaşlarımın toy məclislərinin yükü əsasən mənim üstümə düşüb. Məndən kiçik qardaşımın toyunu edəndə Respublika prokurorluğunda işləsəm də maddi vəziyyətim məclisi arzuladığım kimi keçirməyə imkan vermirdi. Məclisə bir neçə gün qalmış heç tanımadığım insanlar məclisi ən yüksək səviyyədə keçirməyimə imkan yaratdılar. Həmin insanların rəhmətlik atamın onlara vaxtilə elədikləri yaxşılıqları sadaladılar və dediklərini Məhəmməd əmim təsdiqlədikdən sonra gətirdikləri hədiyyələri qəbul etdim. Üstündən 30 ilə yaxın vaxt keçsədə o məqam heç vaxt yadımdan çıxmayıb və həmişə qürurla yaxınlarıma bu barədə danışmışam. Arzu etdiyim də balalarımın o hissləri keçirməsidir.Dünən Akademik Milli Dram Teatrda insanların Fuad Poladovu necə qarşılaması onun ailəsini, balalarını gözümün önündə canlandırdı. Bir anlıq az qala hamısına demək istədim ki, “Siz həqiqətən xoşbəxt həyat yoldaşı, xoşbəxt oğul, qız və nəvələrsiniz ki, Sizin ailədə Fuad Poladov kimisi var”. Əminəm ki, Fuad Poladov ailə xoşbəxliyinin dadını çox yaxşı bilir. İstəməsəm də bir anlığa prokurorun 9 il istədiyi Qiyas İbrahimova 10 il həbs cəzası elan edən hakim Ənvər Seyidov da gözümün önündə canlandı. Orada olsa hökmən soruşardım: ”O cəzanı elan edəndə balalarını, nəvələrini göz önünə gətirdinmi, elə bu günlərdə sosial şəbəkələrdə haqqında yazılanların onların və onları tanıyanların da oxuduğundan xəbərin varmı?!” Mənə görə dünyanın heç bir nazı neməti doğmaların keçirdikləri xəcalət hissini əvəz edə bilməz.P.S. Çalışın Sizdən sonra olanlara miras kimi var dövlət yox, ondan qat-qat dəyərli olan xoş təəssüratlar qoyun.Aslan İsmayılov, tanınmış hüquqşunas


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler