Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tanınmış hüquqşünas edliyye nazirine müraciet etdi

22 Temmuz 2016

4:12 pm


22/07/2016 [20:10]: xeber –
Mən bu gün saat 1200-da Tale Bağırzadənin məhkəmə prosesini izləməliydim. Gedə bilmədim. İnanıram ki, bunun səbəbini aşağıdakı qeydlədən biləndən sonra, bütün həyatını insanlara yaxşılıq etməyə həsr edən Tale bəy məni bağışlar.Ədliyyə Naziri Fikrət Məmmədovun nəzərinə!Hörmətli Nazir! Bu gün saat 1145-1200-da Yasamal rayon qeydiyyat idarəsində (“ZAQS”) gördüklərim barədə Sizə yazmağa məcburam. Dünən axşamdan (055)4801472 nömrəli telefonla bir qadın mənim (050) 2006610 nömrəli telefonuma zəng edərək hüquqi məsləhət almaq istədiyini bildirdi. Dediyinə görə, pulu olmadığı üçün onu heç yerdə qəbul etmir, köməklik göstərmirlər. Dinlədim, lazım olan hüquqi məsləhəti verdim. Bu gün səhər yenidən məni aradı. Ağlayaraq başına gələnləri danışdı. Qızının nikahı 2009-cu ildə Binəqədi rayon məhkəməsinin qətnaməsi ilə ləğv edilib. Keçmiş kürəkəni həbsdədir. Sonra qızı dünyasını dəyişib. İki yetim qalıb. O vaxtdan uşaqlara təkbaşına baxır. Ünvanlı sosial yardım almaq üçün bu qoca, tənha qadına, nikahın pozulması, uşaqların onun himayəsində olması barədə arayışlar lazım olub. Qadın gedib Binəqədi rayon məhkəməsinə. Orada bildirilib ki, 2009-cu ildə qətnamə çıxıb və icraya yönəldilib. Qadın gedib Yasamal qeydiyyat şöbəsinə. Orada izah ediblər ki, Binəqədi rayon “zaqs”ına getməlidir. Gedib ora. Binəqədi “zaqs”ı bildirib ki, onlarda bu barədə məlumat yoxdur, gedib məhkəmədən məlumat öyrənsin. Gedib məhkəməyə, orada deyilib ki, qətnamə vaxtında icraya yönəldilib. Qadın qayıdıb Binəqədi “zaqs”ına. Bu dəfə ondan qətnamə tələb edilib. Qadın təkrar məhkəməyə qayıdıb. Məhkəmənin arxivindən qətnamənin surəti verilib. Qadın təkrar Binəqədi “zaqs”ına gedib. Bu dəfə də deyiblər ki, onlara belə bir qətnamə daxil olmayıb, gedib məhkəmədən əlavə sənədlər gətirməlidir. Bundan sonra ağlaya-ağlaya  mənə zəng edərək, “yollarda qalıdğını, istinin altında gicələk olduğunu, nə etməli olduğunu bilmədiyini və mənim şəxsən kömək etməyimi” istəyib.   Mən Tale Bağırzadənin məhkəməsinə getməyi təxirə saldım və razılaşıb Binəqədi məhkəməsində görüşdük. Məhkəmənin arxivdən lazımi sənədlərin surətlərini alıb,  birlikdə Binəqədi  rayon qeydiyyat idarəsinə getdik. Orada baş verənlər isə məni bir hüquqşünas kimi dəhşətə saldı.Mütəxəssis-qadın əvvəl bildirdi ki, onlara icra sənədi daxil olmayıb, qətnaməni gətirməliyik. Dedim ki, onların tələbinə uyğun olaraq qətnamənin surətini və icra sənədlərini gətirmişik. Dedi ki, qız ölübsə, nikahın ləğvini qeydə ala bilməz, indiyə qədər təcrübələrində belə şey olmayıb. Gərək yuxarılarla məsləhətləşə. Mən qanunları izah etməyə çalışdım. Anlmaq istəmədi. Getdikcə səsimizin tonu yüksəldi. Bir azdan İlham adlı müdir prosesə müdaxilə etdi. Yenidən qanunların izahı başladı. Səsimin tonu müdirin xoşuna gəlmədi. Mən tonumu aşağı saldım, ancaq qadını niyə süründürmələrinin səbəbini izah etmələrini xahiş etdim. Müdir də israr etdi ki, “qətnamənin icrası ilə bağlı onlara sənəd daxil olmayıbsa, nə etməlidirlər?”. Mən məhkəmənin arxiv sənədini bir daha izah etdim ki, xeyr, sənədlərlə sübut edilir ki, məhkəmə qətnaməni vaxtında icraya yönəldib və “Tavat” adlı şəxs o sənədi qəbul edib. Bundan sonra qadın-mütəxəssis yenidən əlinin altındakı sənədləri vərəqlədi və  lazım olan sənədi tapdı. Sən demə, icra sənədi hələ 2009-cu ildə daxil olub. Bu dəfə başqa bəhanə gətirdilər: məhkəmənin məktubunda peçat yox imiş. Sonra İlham müdir  bildirdi ki, tərəf gəlib özü tələb etməsə, rüsumu ödəməsə, onlar məhkəmnin qətnaməsini icra edə bilməzlər. Səbəbini soruşdum. “Bəlkə gəlib yenidən evlənəcəklər, nikahın ləğv edilməsinə ehtiyac olmayacaq.”– dedi. Sonra dedi ki, “ya da arayış təqdim ediləsi orqan sorğu verməlidir, biz də imtina etməliyik, gedib məhkəmə yolu ilə ölüm faktını təsdiqləməlidirlər ondan sonra tərəf özü gəlib sənədini almalıdır”. “Ölüm faktının təsdiqi nə deməkdir, bu nəyə lazımdır?”–deyə, soruşdum. Həm də izah etdim ki, axı nəyə görə arayış üçün sorğu gətirməlidir adam, acından ölür nəvələri, gedib sorğuya da puı keçirməlidir kiməsə? Vətəndaşın ixtiyarı var ki, özünə aid olan istənilən sənədi istənilən orqandan tələb edib şəxsən alsın. Heç yerə də təqdim etməyəcək, yadiga saxlayacaq evində. Müdir İlhamın cavabı qəti oldu: “ver görüm o qanunu”.Bu “ciddi” arqumentin qarşısında mən aciz qaldım və “anam, mən burayadək bacardım, bundan sonrası Azərbaycan hakimiyyəti ilə sizin aranızda qaldı, bunlardan sizə kömək olmayacaq, ALLAH(c.c)dan kömək istəyin”— deyib, oranı tərk etdim. Qadın :”bəs mən bu yetimləri necə saxlayım?”–deyə, fəryad edirdi. Bu daş ürəkli insanların isə tükü də tərpənmirdi.Keçirdiyim stresi, əsəb gərginliyimi sözlə izah etməkdə acizəm.  Məmurların laqeydliyi, insanlara saymazyana, acımasız münasibəti bir yana, cahillik və savadsızlıqları məni dəhşətə gətirdi.Sonra qadın mənə zəng edib bildirdi ki, məndən sonra onu bir də Binəqədi rayon məhkəməsinə göndəriblər ki, qətnaməyə möhür vurdursun. Peçat vurdurandan sonra qətnaməni  Qeydiyyat idarəsinə verib, deyiblər ki, gözləsin. Ey müdir İlham, qanun istədiniz məndən, buyurun bu da qanun:“Vətəndaşların müraciətləri haqqında” AZƏRBAYCAN RESPUBLİKASININ 30 sentyabr 2015-ci il tarixli 1308-IVQ saylı  QANUNU Maddə 1. Müraciət etmək hüququ 1.1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır.Maddə 6. Vətəndaşların müraciətlərinə dair tələblər 6.1. Vətəndaşlar müraciətlərini həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə yazılı formada təqdim edir və ya şifahi formada bildirirlər. Diqqət: hörmətli müdir, gördüyünüz kimi, bu qanuna görə, o kimsəsiz qadın sizə sorğu gətirməyə borclu deyil və şifahi olaraq sizdən istədiyi arayışı tələb edə bilər. Bu hüquq Konstitusiyamızın 57-ci maddəsində (müraciət etmək hüququ) də təsbit edilib.I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.”İnzibati İcraat haqqında” QanunMaddə 20. İnzibati orqana müraciət etmək hüququ20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır.20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur.Maddə 37. İnzibati icraatda nümayəndəlik37.1. Fiziki və ya hüquqi (maraqlı) şəxs inzibati icraatda şəxsən iştirak edə bilər və yaxud nümayəndə vasitəsilə təmsil oluna bilər.Buyurun:  bu da sizin əzbər bilməli olduğunuz, məhz sizin fəaliyyətinizi nizamlayan normativ akt.  “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN 31 oktyabr 2003-cü il, tarixli,  145 saylı QƏRARI ilə təsdiqlənmiş  “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı  QAYDASI”.5. NİKAHIN POZULMASININ QEYDƏ ALINMASI5.1. Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Bu halda nikahın pozulmasının dövlət qeydiyyatı aparılmır.5.7. … məhkəmə qətnaməsi əsasında nikahın pozulmasını isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə Qeydiyyat şöbəsi … aparır. 5.9.2. məhkəmənin qətnaməsinə əsasən .. Əgər nikahın pozulmasının dövlət qeydiyyatı aparılmayıbsa və ərizəçinin nikahı haqqında qeydlərdə nikahın pozulması barədə məlumat yoxdursa … Bu cür məlumatların olmadığı bildirildikdə nikahın pozulmasının qeydiyyatı ümumi qaydada həyata keçirilir;İndi nə etməli? Bu məzlum qadının qızı ölüb, vaxtında nikahın pozulmasının qeydə alınması barədə ərizə ilə Binəqədi rayon qeydiyyat şöbəsinə müraciət etməyib. Həbsdə olan eks-kürəkən öz hayında, ərizə vermir.  Yetimlərin taleyi necə olmalıdır? Nənə nə etməlidir?Qız öldüyünə görə, nikahın pozulması vaxtında qeydə alınmadığına və artıq nikahın pozulmasının qeydə alınması barədə məhkəmə qətnaməsi öz əhəmiyyətini itirib. Çünki tərəflərdən birinin ölümü ilə bağlı nikaha, sadəcə, xitam verilir. (Qaydaların 5.1-ci bəndi)Ailə Məcəlləsinin  14-cü maddəsinə (Nikaha xitam verilməsinin əsasları) əsasən, 14.1. Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir.Bilə-bilə ki, istəsələr də belə, nikahın pozulması barədə qeydiyyat apara bilməyəcəklər, bir tərəfin ölümü ilə bağlı nikaha artıq xitam verilib, vətəndaşa düzgün məsləhət vermək, yol göstərmək, prezident demişkən,  vətəndaşa xidmətçi olmaq əvəzinə, onu bu isti havalarda idarə qapılarında süründürməkdə məqsəd nədir? Bu hadisədən çıxan bir də nəticə var. Görünür, qanunvericilikdə müəyyən təkmilləşmələr aparmaq lazımdır. Nikahın pozulmasına dair qətnamə Qeydiyyat idarələrinə göndərildikdən sonra, tərəflərin üzərinə,  nikahın pozulmasının qeydə alınması üçün,  müəyyən müddət ərzində ərizə ilə müraciət etmək vəzifəsi qoyulmalıdır ki, insanlar vaxtında sənədləşmə işlərini aparsınlar. Özlərindən sonra övladlarına problemlər saxlamasınlar.Qurban Məmmədov, tanınmış hüquqşünas




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler