Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tanınmış hüquqşünas Bahar Muradovanı birge monitorinq aparmağa devet etdi

13 Ekim 2016

7:28 am


13/10/2016 [11:27]: xeber –
Vitse-spiker Bahar
Muradova Milli Məclisin İnsan hüquqları komitəsinin iclasındakı çıxışı zamanı
son vaxtlar məhkəmə qərarları ilə bağlı şikayətlərin sayının artmasına münasibət
bildirib. Millət vəkili buna səbəb kimi, məhkəmə qərarlarının bir tərəfi razı
saldığı halda digər tərəfi narazı salması ilə izah edib və problemin həlli üçün
maarifçiliyin artırılmasının vacibliyini vurğulayıb.

Maraqlıdır, məhkəmə qərarları
ilə bağlı narazılıq və şikayətin çoxluğuna səbəb doğrudanmı sadəcə tərəflərdən
birinin məhkəmə qərarından narazı qalmasıdır? Həqiqətənmi bu narazılığın
artmasında məhkəmələrin qanunsuz, ədalətsiz qərarları rol oynamır?

sayt-a açıqlama
verən tanınmış hüquqşünas Müzəffər Baxışov məhkəmə qərarları ilə bağlı
narazılığın artmasının kökündə ədalətsiz qərarların dayandığını bildirdi:

“Bu gün ölkə məhkəmələri
çox biabırçı vəziyyətdədir. Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti
olmadığına görə, qərarların qəbuluna bir neçə amil təsir göstərir. Bunlardan
biri siyasi sifarişlərdir. Əgər hər hansı bir məsələ ilə bağlı siyasi sifariş
verilibsə, ona uyğun da məhkəmə qərarı çıxarılmalıdır. Bu, şəksiz və birmənalıdır.
Bu siyasi sifarişdən bir addım geri çəkilməyə kimsə cəsarət göstərə bilməz. Əgər
siyasi sifarişdən 1sm belə kənara çıxarlarsa, həmin hakimlərin özü üçün ciddi
problemlər yaranar. “MTN işi” çərçivəsində baş verənlər göstərdi ki, müəyyən
qrup vəzifəli şəxslər tərəfindən verilən sifarişlər məhkəmə qərarlarının qəbulunda
əsas rol oynayır.

Məhkəmə qərarlarına təsir gösdtərən digər bir amil isə hakimlərin
özünün maddi maraq prinsipidir. Hakimlər çalışırlar ki, məhkəmə gedişatı zamanı
öz ciblərinin də qayğısına qalsınlar.

Şübhəsiz, demək olmaz ki, bütün hakimlər bu yolun yolçusudur. Elə hakimlər
var ki, onlar rüşvət almırlar. Lakin bu hakimlər belə siyasi sifarişə boyun əymək
məcburiyyətindədirlər. Çünki boyun əyməsələr dərhal onların hakimlik fəaliyyətinə
xitam verilər.

Məhkəmələrlə bağlı şikayətlərin artmasının əsas səbəbi məhkəmələrin bərbad
vəziyyətdə olması, qərar qəbul edərkən qanuna, ədalətə söykənməməsidir. Əgər
Bahar Muradova dediklərimə inanmırsa, mən bunu ona sübut etməyə hazıram Mən
Bahar xanımı birgə monitorinq aparmağa dəvət edirəm. Və əmin edirəm ki, bu
monitorinq əsnasında o dediklərimə şahid olacaq”.

 

Seymur Əliyev

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler