Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Tamaşaçıların çoxu telekanallara baxmaq imkanından mehrum olacaq”

13 Ekim 2016

11:28 am


13/10/2016 [15:25]: xeber –
Milli Televiziya və Radio Şurasının 27 sentyabr tarixli 10 saylı qərarına uyğun olaraq 1 noyabr 2016-cı il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılacaq.Növbəti mərhələdə – 1 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək.MTRŞ televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın – dekoderlərin (“Set-Top-Box”-ların) əldə olunmasını xahiş edib. Maraqlı məqam isə odur ki, analoq yayımın dayandırılmasından sonra əhalinin çətinliklə üzləşmə ehtimalının çox olduğunu deyənlər var.sayt məsələ ilə bağlı medianın hüquqi tənzimlənməsi üzrə ekspert Ələsgər Məmmədlinin mövqeyini öyrənib. Ələsgər Məmmədli deyib ki, Milli Televiziya və Radio Şurası hələ 2014-cü ildə qərar vermişdi ki, 2015-ci ildə analoq TV yayımı dayandırılsın: “Ancaq sonradan məlum oldu ki, ölkəyə gətirilən dekoderlərin sayı 100 mindən artıq deyil. Bu, 2 milyondan çox ailə olan ölkədə böyük miqdarda tamaşaçının televiziyasız qalma ehtimalını yüksəldirdi. Ona görə proses indiyə qədər uzandı. Amma mən tam əmin deyiləm ki, noyabr ayına qədər proses tam həyata keçiriləcək. Çünki prosesin tam həyata keçməsi hökümətin öz təbliğat siyasətini də qurmağına mane olacaq. Bundan əlavə hazırda analoq yayımın dayandırılması vətəndaş üçün əlavə yükdür. Vətəndaş öz informasiya ehtiyaclarını qarşılamaq üçün əlavə xərc çəkməlidir ki, dekador və yaxud rəqəmli televiziya alsın. Ümumiyyətlə bu düşünülmüş addım deyil, nəticələri də narahatlıqlara səbəb ola bilər.  MTRŞ aztəminatlı ailələrə pulsuz dekador verilməsi ilə hökumət qarşısında məsələ qaldırmışdı. Amma iqtisadi krizis, büdcənin daraldılması bu addımı da həyata keçirməyə imkan vermədi. Əgər planlaşdırılan kimi olsa nə baş verəcək: Azərbaycan tamaşaçılarının çox hissəsi yerli telekanallara baxmaq imkanından məhrum olacaq. Azərbaycan tamaşaçısının informasiya əldə etmək imkanları daha da daralacaq. Son nəticədə ziyan yenə də hökumətə dəyəcək”.Rəşad


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler