Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Talış separatçılarının qurultayı ölkemzin müsteqilliyine tehdiddir”

06 Ekim 2016

2:00 pm


06/10/2016 [17:57]: xeber –
Qeyd etdiyimiz kimi, sentyabrın 25-də Moskvada Rusiya və Ermənistanda
fəaliyyət göstərən talış separatçıları bir araya gələrək Azərbaycan dövləti və
dövlətçiliyi əleyhinə ciddi ittihamlar səsləndiriblər. sayt-ın da təhdid
edildiyi həmin qurultayla bağlı saytımıza açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu
rəsmi Bakının bununla bağlı Rusiyaya öz etirazını bildirməsi gərəkdiyini
vurğuladı:

“Təbii ki, Azərbaycan bununla bağlı öz etirazını ortaya qoymalıdır. Çünki
bu cür qurultayların keçirilməsi Azərbaycanın suverenliyi, müstəqilliyi üçün təhdiddir.
Ölkədə qarışıqlıq yaratmaq cəhdidir. Azərbaycan hökuməti mütləq Rusiyanın bu
davranışına reaksiya verməlidir.

Hazırda Azərbaycan və Rusiya arasında həddindən artıq yaxın əlaqələr
mövcuddur. Belə bir vaxtda məlum qurultayın keçirilməsinə Rusiya tərəfi
aydınlıq gətirməlidir”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler