Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Talassemiya daşıyıcıları ile bağlı qorxulu reqem açıqlandı – Azerbaycanda

01 Ağustos 2016

12:12 pm


01/08/2016 [16:11]: xeber –

Ailə qurmaq
istəyən 7503 gəncin talassemiya daşıyıcısı olduğu aşkarlanıb.

Bu ilin 6 ayında Respublika Talassemiya Mərkəzinin ümumi
laboratoriyasında 10200 nəfər “Talassemiyasız həyat naminə” Proqramı
çərçivəsində müayinələrdən keçib.

Səhiyyə
Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bundan əlavə 102 nəfərdə
HLA-ya uyğunluq müayinəsi aparılıb.

2015-ci ilin
iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya
daşıyıcılarının vaxtında aşkarlanmasında mühüm rol oynayıb. Aparılan bu müayinələrdə
məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır.

İndiyədək
152659 nəfər müayinədən keçib. 7503 nəfərdə daşıyıcılıq aşkarlanıb. Bunlardan
58 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb ki, həmin şəxslərə də müvafiq
məsləhətlər verilib.

Bütün görülən
işlərlə yanaşı “2016-2020-ci illər üçün talassemiya xəstəliyinin və
profilaktikası üzrə” Dövlət Proqramında nəzərdə tutulan digər məsələlərin
uğurla həyata keçirilməsi yönündə işlər aparılmaqdadır. /sputnik/


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler