Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Tahir Kerimli kabinetde oturub, axşama qeder qolunu qırxırdı” -ATMACA…

28 Temmuz 2016

12:44 pm


28/07/2016 [16:40]: xeber –
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev millət vəkili Tahir Kərimlinin “gələcəyə biqeyrət nəsil yetişir” fikrinə sərt münasibət bildirib.Partiya sədri Tahir Kərimlinin Azərbaycan gəncliyini təhqir etdiyini və onun gənclər tərəfindən “fitə” basılmalı olduğunu və çılpaq şəkillərinin yayılmalı olduğunu deyib:“Tahir Kərimli başıxarabın, avaranın, satqının biridir. O Ali Məhkəmənin sədri olduğu müddətdə axşama qədər kabinetdə qolunu qırxırdı, kabinetində şalvarsız otururdu. Bunu keçmiş müavini Rza Rzayevdən də soruşa bilərsiz. Tahir Kərimlinin o təhqirinə Azərbaycan gəncliyi təpki göstərməlidir və dediyim faktlara əsasən onun şəkillərini çəkib internetdə yayımlasınlar. Belə insanların cəmiyyətin qınağına tuş gəlməsi üçün xalqı üzərinə qaldırmaq lazımdır. Biqeyrət dediyi gənclik gərək onun lüt fotolarını internetdə yaysınHafiz Hacıyev deyib ki, insanlar Tahir Kərimlinin üzünə tüpürməlidir: “Əziz gənclər. onu küçədə görəndə üzünə tüpürün. Gəncləri və milləti dəvət edirəm ki, yeri gələndə onu fitə basın. Satqının avaranın gənclər haqqında bu fikri söyləməsi təhqiramizdir. Belələridir ki, yığılıblar Milli Məclisə nə Azərbaycanın, nə millətin qədrini bilirlər. Vaxtı ilə Elçibəyə xəyanət edən insandan nə gözləmək olar? Belə insanlara əhəmiyyət vermək lazım deyil. Gənclərə onu görən yerdə fitə basmalarını xahiş edirəm. O adam başını itirib, xəstədir o, onu danışdırmaq lazım deyil”.H.Hacıyev deputatın “Dənizə getmirəm ki, qadınları lüt görməyim” fikrinə də özünəməxsus tərzdə cavab verib:“Bu cəmiyyət demokratik cəmiyyətdir. İnsanlar dəniz qırağında çimə bilər və istirahət edə bilərlər. Burda bir qəbahət yoxdur. Belkə insanların istirahət hüququnu əllərindən almaq istəyirlər?”.Partiya sədri özünün vaxt məhdudiyyətinə görə dənizə gedə bilmədiyini də deyib:“Hələlik vaxtım yoxdur. İşlərimiz çoxdur. Vaxtımın çox hissəsi işlərimlə bağlı xaricdə keçir. Vaxt tapan kimi gedəcəm”.(azxeber.com)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler