Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tağı Əhmedovun Akif Çovdarova qarşı mülki iddia ireli sürmesi mümkündürmü?

10 Kasım 2016

12:52 pm


10/11/2016 [16:48]: xeber –
Bakı Metropoliteninin
sabiq rəisi Tağı Əhmədovla ləğv edilmiş MTN-nin generalı Akif Çovdarovun ondan
aldığı 3 milyonu geri almaq üçün Bakı Hərbi Məhkəməsində mülki iddia qaldırdığı
ilə bağlı informasiyalar yer alıb. Maraqlıdır, hədə-qorxu və şantaj yolu ilə
alınan pulnan bağlı mülki iddianın qaldırılması mümkündürmü?

Məsələ ilə bağlı sayt-a
açıqlama verən hüquqşünas Əyyub Kərimov bunun tamamilə mümkün olduğunu
vurğuladı:

“Cinayət işində zərəçəkmiş
sayılırsansa və istintaq orqanı hansısa məbləğdə zərər çəkdiyini tanıyırsa,
qeyd edirsə ki, həqiqətən də filankəsin əməlləri nəticəsində bu şəxsə bu qədər
ziyan dəyib, o zaman mülki iddia qaldırıla bilər.

Mülki iddia həm istintaq
gedişində, həm də məhkəmənin gedişində irəli sürülə bilər. Məhkəmə prosesi
qurtarandan sonra sübut olunsa ki, filankəs dələduzluq yolu ilə kiməsə ziyan
vurub, Appelyasiya Məhkəməsi bitəndən sonra, hökm qanuni qüvvəyə minəndən sonra
da mülki iddia irəli sürmək mümkündür. Yəni sabah həmin şəxs gedib cəzasını çəkib
gəlsə də dəyən zərər ödənilməlidir”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler