Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tağı Əhmedovu daha hansı qurumlar “yükleyib”?

27 Eylül 2016

2:08 pm


27/09/2016 [18:07]: xeber –
MTN-dəki mütəşəkkil cinayətkar dəstənin Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovu şantaj edərək, 3 milyonunu alması xəbəri ölkədə böyük rezonansa səbəb oldu. Xatırladaq ki, ləğv olunmuş MTN-nin sabiq baş idarə rəisi Akif Çovdarovun cinayət işində Tağı Əhmədov zərərçəkənlərdən biri kimi tanınmasına rəğmən sosial şəbəkələrdə ciddi ictimai qınağa da məruz qalır. Buna səbəb isə sabiq rəisin 3 milyonu korrupsiya yolu ilə qazanmasına dair iddialardır.Bu arada  Bakımetropoliteninin sabiq rəisi ilə bağlı daha bir sensasion xəbər daxil olub. Xəbərə görə, Tağı Əhmədov Metropoliten rəisi olduğu zaman təkcə MTN tərəfindən “yüklənməyib”. “Yeraltı dünya”nın sahibi kimi ölkədə ad çıxaran Tağı Əhmədovu üzv olduğu hakim Yeni Azərbaycan Partiyası və hökumətin digər strukturları da xeyli xərcə salıb. Belə ki, YAP-in kifayyət qədər bahalı olan Yasamal Təşkilatının inzibati binasının xərçini Tağı Əhmədova ödətdirildiyi bu xəbərlər sırasındadır.Bundan başqa sabiq Metropoliten rəisi Yasamal rayonunda 3 dairə seçki komissiyası üçün inzibati bina inşa etdirib. 15 saylı Yasamal birinci, 16 sayli Yasamal ikinci və 17 saylı Yasamal üçüncü   seçki dairələrinin yeni binasını da Tağı Əhmədov inşa etdirib.Həmçinin, Tağı Əhmədovun “yüklənməsi” bunlarla bitməyib. Xəbərə görə, hökumət Tağı Əhmədova Yasamal rayonundakı bir neçə orta-məktəb və poliklinkanın inşası xərclərini də ödətdirib.Mənbəmiz bunu Tağı Əhmədovun həmin dövrdə Yasamal rayonunun qeyri-rəsmi kuratoru olmasıyla əsaslandırıb.Məsələ ilə bağlı əməkdaşımız Tağı əhmədovla telefon əlaqəsi saxlayıb. Ancaq sualımızı eşidən sabiq rəis dərhal telefonun dəstəyini asıb.(Gununsesi.info)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler