Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tacikistanda baş veren enerji böhranının şok sirleri – Elmi-ledun

29 Ekim 2016

3:04 pm


29/10/2016 [19:00]: xeber –
Tacikistanda baş verən enerji böhranı riyazi yolla Türkiyədəki analoji hadisəyə bağlanır“Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsiniz?” “Quran”, “Davar” surəsi, 80. Xəbər verildiyi kimi bu gün (28 oktyabr) Tacikistanda müəmmalı enerji böhranı baş verib. İlkin məlumata əsasən, nasazlıq paytaxt Düşənbədən 100 km şərqdə yerləşən “Nurek” Su Elektrik Stansiyasında baş verib. Elektrik təchizatı bütün ev və müəssisələrdə dayanıb, yollarda işıqforlar sönüb, ölkə tamamilə qaranlığa qərq olub.   Elmi-lədun araşdırmalarımız göstərir ki, bütün sirli qəzalar kimi, Tacikistanda  baş verən enerj qəzası da təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq həmişə olduğu kimi, yenə də “Quran”ın kodları olan 114 və 286 ədədləri ilə özünü büruzə verir. Məsələn:1)hesablamalarımız göstərir ki, bu enerji qəzası Ay tutulmasına da bağlanır (Astronomik hadisələr “Quran”da  qiyamətin rəmzi və bəlaların xəbərdarlığı olaraq göstərilir). Belə ki, bu gün 27 sentyabr 2015-ci il tarixli Ay tutulmasının 400-cü günüdür ki, bundan “Quran” rəmzi olan 114 ədədini çıxsaq, müqəddəs kitabın səhifələrinin sayı olan 286 ədədi alınır: 400 – 114 = 2862) Bu gün həmçinin, 19 oktyabr 2013-cü il tarixli Ay tutulmasının 1106-cı günüdür ki, bundan “Quran”ın kodunu (114) çıxanda hadisənin baş verdiyi Tacikistanın Beynəlxalq rabitə kodu (992) görünür: 1106 – 114 = 992 (!)3) Hesablamalarımız göstərir ki,  Tacikistanın qaranlığa qərq olması dünyadakı digər enerji qəzaları ilə riyazi  şəkildə əlaqəlidir və onların davamıdır. Xatırladım ki, 31 mart 2015-ci il tarixdə Türkiyədə analoji hadisə baş verdi və ölkə bir gündən artıq qaranlığa qərq oldu. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu gün Türkiyənin qaranlığa qərq olmasının 572-ci günüdür;  bundan “Quran”ın kodunu (286) çıxsaq, yenə də müqəddəs kitabın rəmzi alınır və bəşəriyyətin diqqətini bu kitabın hökümlərinə yönəldir:572 – 286 = 286XXI əsrdə dünyada baş verən enerji böhranlarının monitorinqini apararkən çox maraqlı məqamlar üzə çıxardıq. Oxucuların marağına səbəb olacağını nəzərə alıb, həmin məqamları diqqətinizə çatdırırıq. Enerji qəzalarını adi təqvim üzəriində sayarkən onların bir qayda olaraq “Quran”da tövbə və cəza rəmzi olan 555 ədədinə bağlandığını görmək olur (bu ədədin mənasını dünənki yazımızda şərh etmişik).Məsələn:1) 13 iyul 2002-ci ildə Azərbaycanda baş verən enerji böhranı bütün ölkəni qaranlığa qərq etmişdi. Həmin gün elm əsri olan XXI əsrin 555-ci (!) günü idi.2) Azərbaycanda daha bir enerji böhranı 29 yanvar 2006-cı ildə baş verdi. Bu böhran da 555 ədədinə bağlanır. Belə ki, həmin gün 5 iyul 2001-ci il tarixli Ay tutulmasının  1665-ci günündür ki, bu da 555 ədədinin üç mislidir:1665 – 555 – 555 = 5553) 20 aprel 2006-cı ildə Azərbaycanda baş verən enerli böhranı Bakını qaranlığa qərq etmiş, metro da daxil bütün nəqliyyat və digər mühüm dövlət obyektləri fəaliyyətini dondurmuşdu. Həmin gün 14 oktyabr 2004-cü il tarixli Günəş tutulmasının 555-ci günü idi.4) Bakıda növbəti enerji böhranı 6 iyul 2006-cı ildə baş verdi. Həmin gün enerjinin kəsilməsi səbəbindən bir çox vacib dövlət strukturları və mühüm obyektlər fəaliyyətini dayandırmaq məcburiyyətində qaldılar. Bu böhranın da əvvəlkilərin davamı olduğu və xüsusi qanunauyğunluğa tabe olduğu aşağıdakı hesablamalardan görünür:- həmin qəza 14 dekabr 2001-ci il tarixli Günəş tutulmasının 1665-ci günü baş verib ki, bu yenə də cəza rəmzi olan 555 ədədinin üç mislidir:1665 – 555 – 555 = 555- bu enerji qəzası həmçinin, 24 noyabr 2003 tarixli Günəş tutulmasının 955-ci günü baş verib ki, bundan da “Quran”ın səhifələrinin (286) və surələrinin (114) sayını çıxdıqda yenə də 555 ədədi alınır:955 – 286 – 114 = 5555) Yadınıza salım ki, dünyanın diqqətini özünə cəlb edən enerji böhranlarından biri (ən böyüyü) də 2003-cü ilin avqustun 13-də Amerikada baş vermiş və iki dövlət (Amerika və Kanada) bir həftə ərzində qaranlığa qərq olmuşdu. Maraqlıdır ki, həmin gün elm və peyğəmbərlik rəmzi olan XXI əsrin 955-ci günü idi! Elə isə, bundan Quranın səhifələrinin (286) və surələrinin (114) sayını çıxsaq, yenə də tövbə və cəza rəmzi olan 555 ədədi alınır:955 – 286 – 114 = 5556) Xəbər verildiyi kimi, 31 mart 2015-ci il tarixdə Türkiyədə enerji böhranı baş verdi və ölkə iki gün ərzində qaranlığa qərq oldu.Hesablamalarımız göstərir ki, bu hadisə də təsadüfü olmayıb, “Quran”da qiyamətin əlaməti kimi göstərilən astronomik hadisələrlə əlaqələnir. Bu əlaqə özünü yenə də TÖVBƏ və cəza rəmzi olan 555 ədədi ilə aşkar biruzə verir. Belə ki, Türkiyədəki enerji böhranı: – 21 iyul 2001-ci il tarixli Günəş tutulmasının 4995-ci günüdür ki, bunu da “Tövbə” surəsinin rəmzi olan 9-a bölsək, cəza rəmzi olan 555 ədədi alındığını görərik:4995 : 9 = 555- Türkiyədə enerji böhranı baş verən gün həmçinin, 28 avqust 2007-ci il tarixdə baş verən Günəş tutulmasının 2775-ci günüdür ki, 5-ə böləndə yenə də 555 ədədi alınır və diqqətimizi yenə də Qurana və cəzadan bəhs edən ayələrə yönəldir:2775 : 5 = 555Bu faktları və onların sirlərini bildikdən sonra yenə də diqqətinizi təkrar olaraq Azərbaycan ətrafında baş verən və şahidi olsaq da, əhəmiyyət vermədiyimiz enerji hadisələrinə cəlb etmək istəyirəm. Mətbuatda yayılmış bir hadisəni yadınıza salım ki, 2014-cü ilin 27 may tarxində Cəlilabadda ildırım hadisəsi baş verdi (ildırımın enerji hadisəsi olduğu fizikadan və “Quran”dan bizə məlumdur). Həmin hadisədə ölənlər və yaralananlar oldu. 2015-ci ilin dekabrın 4-də Xəzərdə neftçilərin ölümü ilə nəticələnən tufan baş verəndə Cəlilabaddakı ildırım hadisəsinin 555-ci  günü idi. Hadisələrdə diqqət çəkən daha bir maraqlı məqam Cəlilabad rayonunun beynəlxalq rabitə kodu ilə bağlıdır. Belə ki, həmin vaxt bu rayonun kodu 114 (!) idi ki, bu da diqqətimizi bir daha   “Quran”a yönəldir.Beləliklə, istər Tacikistanda, istər Azərbaycanda, istərsə də dünyada baş verən bu kimi sirli hadisələrin monitorinqi göstərir ki, enerji kəsilmələri əslində yolun azmış və biri-birinə manyakcasına zülm edən, işgəncə verməyi sevən millətlərə və onların rəhbərlərinə Allahdan bir xəbərdarlıqdır:«Sənin Rəbbin mərkəzlərinə (böyük şəhərlərinə) ayələrimizi oxuyan bir elçi göndərməmiş o şəhərləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan şəhərləri məhv etdik». “Quran”, 28:59Paşa Yaqub – tədqiqatçı-yazıçıMüəllifin arxivi:moderator.az/search?q=pa%C5%9Fa%20yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler