Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şvaynştayger beynelxalq karyerasını başa vurdu

29 Temmuz 2016

3:40 pm


29/07/2016 [19:38]: xeber –
“Mançester Yunayted”in və Almaniya yığma komandasının yarımmüdafiəçisi Bastian Şvaynştayger “Tvitter”də beynəlxalq karyerasının başa çatdığını bildirib. Oxu.Az xəbər verir ki, “Avro-2016” çempionatındakı Fransaya qarşı matç 31 yaşlı havbek üçün milli komandasının geyimində son matç olub. “Avro-2016”-dan sonra Şvaynştaygerin yığmadakı karyerasının başa çatacağı barədə məlumat yayılmışdı. “Gözəl zaman üçün təşəkkür edirəm!” – Şvaynştayger “Tvitter”də yazıb. Almaniya yığması üçün havbek 2004-cü ildən oynayırdı. Milli yığmada oynadığı zaman ərzində Şvaynştayger 2014-cü il dünya çempionatında qalib gəlib, “Avro-2008”-in gümüş mükafatçısı olub. Bundan başqa, Şvaynştayger 2006-cı və 2010-cu illərin dünya çempionatlarının bürünc mükafatçısıdır. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler