Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Suyun qiymetindeki artım satışdakı qablaşdırılmış sulara da tesisiz ötüşmedi

22 Haziran 2016

11:44 am


22/06/2016 [15:43]: xeber –
Tarif Şurasının suyun
qiymətini kəskin surətdə artırmasından sonra satışdakı qablaşdırılmış suların
qiymətində də ciddi artım müşahidə edilib. Belə ki, qiymət artımından sonra
Abşeron rayonu ərazisində satışda olan “Slavyanka” sularının qiymətində artım
olub. Əvəllər qiyməti 3,5 manat olan 19 litrlik “Slavyanka” sularının qiyməti 4
manata yüksəlib.

sayt “Slavyanka”ların
qiymətindəki bu artımın istehsalçı şirkət tərəfindən, yoxsa market və mağazalar
tərəfindən həyata keçirildiyini müəyyənləşdirmək üçün bu suların istehsalı ilə
məşğul olan “Gədəbəy Mineral suları” MMC-ə müraciət edib. Adıçəkilən şirkətdən
saytımıza bildirilib ki, Tarif Şurası tərəfindən suyun qiymətinin bahalaşması
ilə əlaqədar olaraq “Gədəbəy Mineral suları”MMC” də istehsal etdiyi suların
qiymətini 20% bahalaşdırmaq məcburiyyəti qarşısında qalıb. Lakin bununla belə
qurum ondan çoxlu sayda qablaşdırılmış su alan marketlərə qiymət məsələsində müəyyən
güzəştlərin edildiyini də vurğulayıb. Bundan başqa, “Gədəbəy Mineral suları” MMC-dən
bildirilib ki, onlar bilavasitə ofis və evlərə də xidmət göstərirlər. Əgər
sifariş birbaşa şirkətin özünə verilirsə, o zaman 19 litrlik “Slavyanka” mənzillərə
4 manata deyil, 3 manat 80 qəpiyə çatdırılır.

 

Seymur Əliyev

 

 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler