Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Suya düşen telefonunuzu bu üsulla berpa ede bilersiniz

19 Ağustos 2016

9:04 am


19/08/2016 [13:02]: xeber –
Rusiyada bir internet istifadəçisi yolda buzların arasından “İphone 4” telefonu tapır. Rus ən çox yayılmış bir üsulla telefonu bərpa edib işlək vəziyyətə gətirir. Bunun üçün o, rütubətli şəraitlərdə duz kimi qidaların rütubətini götürmək üçün istifadə etdiyimiz düyüdən istifadə edir. Cib telefonunu sildikdən sonra bir müddət düyünün içində saxlayır və beləliklə telefon işləyir. sayt suya düşmüş telefonu bərpa etməyin bir neçə sadə üsulunu təqdim edir. Təmiz suya düşərsə: İlk olaraq telefonun enerji daşını (batareyasını), sonra SIM kartı çıxarın. SIM kartlar suya düşməsinə baxmayaraq işləməyə davam edir. Batareya və SIM kartı çıxartdıqdan sonra telefonu quru bir bezlə sürətli şəkildə qurudun. Cihazın içindəki rütubət təbii şəkildə buharlaşdıqda telefonun bərpa olma ehtimalı daha çoxdur. Bunu etməyin ən yaxşı yolu isə tozsorandan istifadə etməkdir. Belə ki, tozsoranla ya telefona hava üflənir, ya da içindəki hava çölə çəkilir. İçində nəm qalan telefonu bərpa etməyin ən yaxşı üsulu isə düyüdən istifadə etməkdir. Bunun üçün telefonu düyü ilə dolu bir bankanın ortasına qoyub ağzını bağlamaq və anzı bir gün orada saxlamaq lazımdır. Düyü dənələri mühitdəki nəmi sürətlə özünə çəkəcək.Ayaq yoluna düşərsə: Telefonu ayaq yoluna düşmədiyi müddətcə spirtlə təmizləmək olmaz. Çünki spirt telefonun içindəki bəzi hissələri əridər. Bunun üçün telefon ustalarında olan xüsusi spirtdən istifadə etmək lazımdır. Dənizə düşərsə: Telefonunuz dənizə düşərsə cihazı sudan çıxarıb bir qədər təmiz suya salmaq lazımdır. Təmiz suda bir qədər saxladıqdan sonra çıxarıb qurulama işlərinə başlanılmalıdır. Çünki dəniz suyu duzlu olduğundan tərkibindəki kristallar telefonun bəzi hissələrinə zərər verə bilər. Bunları etmək olmaz: Suya düşmüş telefonu qurutmaq üçün əsla saç fenindən istifadə etməyin. Çünki fen soyuq üfləmə rejimində belə mühitdəki havadan daha isti hava üfürdüyü üçün  telefonun daxilindəki qaynaqlara zərər verə bilər. Daha sonra telefonun batareyası qoşulduqda qısaqapanma baş verər. Bununla yanaşı telefonu birbaşa günəş altında və ya mikrodalğalı sobada qurutmaq olmaz. Gizli işarə: Qeyd edək ki, telefon istehsalı ilə məşğul olan firmalar cihazın həm xaricinə, həm də içinə zəmanət etiketləri yerləşdirməyə başlayıb. Telefon suya düşdüyü zaman rəngi dəyişən bu etiketlər sayəsində səlahiyyətli firma telefonun içini açmadan da suya düşdüyünü anlayır. Bir çox telefonun içində də bunu müəyyən edən gizli işarələr var.Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler