Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Susar qafil sürüsü…

11 Temmuz 2016

8:44 am


11/07/2016 [12:40]: xeber –
sayt şair-yazıçı Zahid Sarıtorpağın şair Etimad Başkeçidə həsr etdiyi “Susar qafil sürüsü…” yazısını təqdim edir. “Bir ömür yetərmola…” “Yolların yedəyində pələsəng” bir ömür… Bir halda ki, bu “hərif… xam atın quyruğuna bağlanmış tərsa kimidi…” Yetərmola görən?.. Yollar çəkdikcə çəkər… Yolların gücü bizə çatar elə – çəkər, çəkər… tozlu ciyərlərinə çəkər bizi… yolların tozlu udlağında itən itər, yetən yetər… Bəs bizim gücümüz nəyə çatar? İynənin gözündən keçmək üçün necə incəldiyimizə, incəlib necə heçə döndüyümüzə baxar qafil sürüsü… Belə də gücümüz nəyə çatar bəs?… Can taqətsiz olsa da, ruh yiyəsiz olmaz axı… Bəs kim saxlayar bizi? Hamısı bir ağızdan: “Allah saxlasın…” – deyər. “Ha desinlər…” “Allah saxlamaz olsa…” onda necə bəs? Bir damcı ah düşərmi cadar-cadar olmuş diləklərimizə? Qalxar qafil sürüsü Musadan üzü bəri əsanın sorağında yürüyər səhralara…  “Yeddi yolun ayrıcı” da qurtuluş deyil heç – ilan nə, falan nə? Bu yolda ölən kim, dirilən kim… “rəng verib, rəng alan kim…” Bir şüa keçər… ağ əbaya ilişən bir şüa… Amma “baxtına ilişməz” umduğumuzun… Ah, sən ey qəvi yolçu, de, biz eyni yoldayıqmı?.. O nədi əlində bəs? Əlindəki ələmmi? – “yasdan düyünə kimi…” nədi o əlindəki? – dayanıb rəqs edirlər, rəqs eləyirlər indi, bax eləcə gəlirlər “düyündən yasa kimi…” nədi o elə?..  Yox, yaxşısı budu… oxu… oxu: Etimad Başkeçid bir ömür yetərmola yahu kim söylər onaələyi ələnmişdən bizim ulusa kimiyolların yedəyində pələsəng olmuş hərifxam atın quyruğuna bağlanmış tərsa kimi Allah saxlamaz olsa ha de Allah saxlasınvecsiz qara gününə bir damcı ah saxlasınzalım min bir tədbirnən sağ-sol cinah saxlasınMusa ilan gəzdirir əlində əsa kimi dedik deməmiş olaq bizləri eşidən kimyeddi yolun ayrıcı baxtıma ilişən kimrəng alıb rəng verən kim haldan hala düşən kimyasdan düyünə kimi düyündən yasa kimi




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler