Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Suriyanın Heleb eyaleti bombalandı: 86 nefer öldü, 200 yaralı var

24 Eylül 2016

8:56 am


24/09/2016 [12:52]: xeber –
Suriyanın şimalında yerləşən Hələb əyalətinin bombalanması nəticəsində 86 dinc sakin ölüb, 200-ü isə yaralanıb.Şəhərdə mülki müdafiə işləri ilə məşğul olan dəstənin məsullarından biri Necip Ensai Rusiya və Bəşər Əsədə aid döyüş təyyarələrinin Suriyanın şimalında bəzi yaşayış yerlərinə davamlı olaraq hava zərbələri endirdiyini bildirib.Onun sözlərinə görə, əyalətin terrorçu İŞİD qruplaşmasının nəzarəti altında olan Bab rayonunda 12, müxalifətin nəzarəti altında olan Beştakında 19, Ensaridə 8, Kellesedə 14, Katırcıda 7, Bab əl-Neyrabda 6, Salihiyində 5, Maadidə 3, Tarik el-Babda 2, Sahurda 2, Merce, Karım, Hamud, Seyh Hadırda 1, Kafr Hamrada 5 nəfər öldürülüb.Suriyanın SANA agentliyi isə bildirib ki, Bəşər Əsədə bağlı silahlılar Hələbin şərq hissəsində quru əməliyyatı keçirməyə hazırlaşırlar.Məlumata görə, Bəşər Əsədin əməliyyatlarını Rusiya da dəstəkləyir. (Report)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler