Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Suriyanı Türkiyeye qarşı qızışdıran Rusiyadır”

23 Ekim 2016

12:08 pm


23/10/2016 [16:06]: xeber –
Son vaxtlar rəsmi Dəməşq
tərəfindən Türkiyə əleyhinə səsləndirilən bəyanatların sayı artmaqdadır. Türk
ordusunun bu ölkədə apardığı hərbi əməliyyatları qanunsuz adlandıran Əsəd hökuməti,
Ankaranı türk qırıcılarını vurmaqla hədələməkdədir.

Maraqlıdır, Suriya tərəfindən
türk ordusuna yönəlik həyata keçirilən hər hansı hərbi təxribat iki dövlət
arasında müharibəyə səbəb ola bilərmi?

sayt-a açıqlama verən
politoloq Qabil Hüseynli Suriyanın Türkiyəyə qarşı Rusiya tərəfindən
qızışdırıldığına diqqət çəkdi:

“Suriyanı Türkiyəyə qarşı
qızışdıran, bu cür mövqe tutmağa təhrik edən Rusiyadır. Çünki Kreml türk
ordusunun Suriyada apardığı anti-terror əməliyaytlarından narahatdır.

Bu gün Suriya hökuməti ilə
Türkiyə arasında münasibətlər gərgin olsa da, mən bu münasibətlərin iki dövlət
arasında açıq hərbi qarşıdurmaya, müharibəyə keçəcəyini düşünmürəm. Ancaq
bununla belə hesab edirəm ki, regionda yaranmış indiki mürəkkəb  situasiyada Türkiyə mümkün qədər ehtiyatlı
olmalı və bütün addımlarımı dəqiqliklə ölçüb-bitməlidir”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler