Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Suriyalı qaçqınlar Türkiyede ite göre adam öldürdü

10 Temmuz 2016

10:28 am


10/07/2016 [14:24]: xeber –
Türkiyənin Konya şəhərinin Bəyşəhər mahalında yerli vətəndaşlarla suriyalı miqrantlar arasında baş verən kütləvi davada 2 nəfər həlak olub, 3-ü isə yaralanıb. Axar.az xəbər verir ki, küçədə iti təpikləyən 4 suriyalıya “Nə üçün itə təpik vurursunuz?” deyərək 18 yaşlı Məhməd Bayraqdar adlı şəxs irad tutub. Bundan sonra onların arasında yaşanan mübahisə zamanı Bayraqdar bıçaqlanaraq öldürülüb. Bayraqdarın öldürülməsi xəbərini eşidən yerli vətəndaşlar suriyalılara hücum edərək İbrahim adlı şəxsə bıçaqla xəsarət yetirərək öldürüb, 3-nü isə yaralayıblar. Yaralıların yaxınlıqdakı xəstəxanalara yerləşdirildiyi bildirilib. Məsələdən xəbər tutan M.Bayraqdarın yaxınları xəstəxanaya girib yaralı suriyalılara hücum etmək istəyiblər. Həmin kütlənin qarşısını isə yerli polis bibər qazı istifadə edərək alıb. Faktla bağlı araşdırmalara başlanılıb.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler