Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Suriyada silsile partlayışlar: Ölenler var

05 Eylül 2016

8:12 am


05/09/2016 [12:11]: xeber –
Suriyanın iri şəhərlərində silsilə partlayışlar olub.Oxu.Az xəbər verir ki, bu barədə ölkənin dövlət KİV-i məlumat yayıb. “Khaleejtimes” verdiyi məlumata görə, 18 nəfər ölüb, 45 nəfər müxtəlif xəsarətlər alıb. Yerli KİV-in məlumatına görə, Arzuna körpüsünün yaxınlığında iki partlayış olub.“France-Press”in bildirdiyinə görə, orada maşında qoyulmuş bomba partlayıb. Daha sonra partlayışdan zərər çəkənlərə yardım etməyə insanlar toplaşıb, bu zaman terrorçu-kamikadze özünü partladıb.  Üçüncü partlayış Dəməşqin qərbində baş verib. Homs şəhərində də içində bomba olan avtomobilin partladığı ehtimal edilir. “Assoşieyted Press” Əl-Hasaka şəhərində də partlayışın baş verdiyi barədə məlumat yayıb. Suriyanın İnsan haqlarının müdafiəsi mərkəzinin məlumatına görə, daha bir partlayış ölkənin şimali-şərqində Əl-Kamışlı şəhərində baş verib. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler