Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Suriya kürdlerine “Amerika demokratiyası”…

03 Temmuz 2016

11:20 am


03/07/2016 [15:17]: xeber –
Suriya kürdləri yeni “demokratik konstitusiya” hazırlayır, Kamışlı isə paytaxt elan olunur Suriyanın şimalında kürdlərin kompakt yaşadığı kantonlarda ötən ilin payızında kürd federal subyekti elan olunub. İndi isə kürdlər 4 kantonu birləşdirən federal kürd bölgəsinin “konstitusiya”sını və paytaxtını elan etməyə hazırlaşır. Bu barədə İraq kürd muxtariyyətində fəaliyyət göstərən “Rudaw” telekanalı məlumat yayıb. Məlumatda Suriyanın şimalında kürdlərin kompakt yaşadığı 4 əyalətdən biri olan Kamışlının eyni adlı mərkəzinin Suriya kürd federal subyektinin mərkəzi elan olunduğu bildirilir. Bundan başqa kürdlərdən ibarət seçkili heyət Suriya kürd federal subyektinin “konstitusiya”sını hazırlayıb. Yeni kürd “konstitusiya”sı 85 maddədən ibarətdir. Yeni “konstitusiya”ya görə, Kamışlı federal subyektin mərkəzidir. Bundan başqa federal ərazidə yaşayan bütün xalqların danışdığı dillər sosial, inzibati və mədəni səviyyədə bərabər statusda olacaq. Federasiyanın bayrağı da müəyyən olunub. Yeni “konstitusiya”nın 35-ci və 36-cı maddələrinə görə, məhkəmə qərarı olmadan evlər və əşyalar müsadirə oluna, şəxsiyyət azadlığı məhdudlaşdırıla bilməz. Bundan başqa yeni “konstitusiya” media, fikir və ifadə azadlığı da vəd edir. Bu xəbər kürdlərin Suriyada federasiya yaratmaq istiqamətində növbəti addımı kimi görünsə də, bir sıra başqa mətləblərə də işarə edir. Son aylarda Suriya kürdləri Qərb ölkələrinin, Rusiyanın və ən əsası isə ABŞ-ın ən yüksək səviyyədə dəstəyini alır. Məhz Vaşinqton dünənə qədər kürdlərin Fəratın sol sahilinə çıxmasını “qırmızı cizgi” elan edən rəsmi Ankaranı yola gətirərək, kürdlərin Türkiyə-Suriya sərhəddində növbəti məntəqə olan Menbici almasına razı salıb. “Konstitusiya”nın maddələri də göstərir ki, kürdlər Vaşinqtondan “demokratiya dərsi” alıblar. Doğrudur, hələlik bu federasiyanı rəsmi olaraq hansısa dövlət, xüsusən də Suriya qəbul etmir. Ancaq sahə ekspertlərinin əksəriyyəti Suriyada kürd muxtar qurumunun olmasını artıq qaçılmaz hesab edirlər. İndi Suriyanın şimalında hücum vəziyyətində olan əsas qüvvə kürdlərdir. Hansı ki, ABŞ hərbi hava qüvvələri və təlimatçıları onları ciddi şəkildə dəstəkləyir. Bu isə Suriya kürdlərini daha da cəsarətləndirir. Onlar bölgənin bütün dövlətləri qarşı olduğu halda, yenə də Suriyada kürd federal subyekti yaratmağa iddia edirlər. Görünən odur ki, Suriya kürdlərinin iddiaları bu dəfə reallaşmağa çox yaxındır. (musavat.com)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler