Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sumqayıtın yeni salınan bulvarından – FOTOREPORTAJ

21 Haziran 2016

3:36 pm


21/06/2016 [19:35]: xeber –
Sumqayıtda yeni salınan bulvarda genişmiqyaslı tikinti və yaşıllaşdırma tədbirləri davam etdirilir. sayt xəbər verir ki, qısa müddət ərzində ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan ərazidə bulvarın inşasına başlanılıb. Hazırda bulvarda 4,2 kilometr uzunluğunda istinad divarı çəkilib və bulvarın 1000 metrlik hissəsində işlər tamamlanmaq üzrədir.Bulvarda istirahət obyektləri, atraksionlar, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri, müasir tipli otellər, kinoklub, idman infrastrukturu və çoxmərtəbəli yaşayış binaları inşa ediləcək, çimərlik zonasında da əsaslı işlər görülərək sakinlərin istifadəsinə veriləcək. Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq.  (Azvision)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler