Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sumqayıtın medeniyyet müessiseleri herbi hisselerde konsert verdi – Fotolar

13 Eylül 2016

10:28 am


13/09/2016 [14:20]: xeber –
sayt Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qurban bayramı münasibətilə Sumqayıtın mədəniyyət müəssisələrinin kollektivləri hərbi hissələrdə konsert proqramı ilə çıxış edib. Belə ki, Şəhər Mədəniyət Evinin özfəaliyyət kollektivinin üzvləri Zaur Yusifli, Sevda Akkaya, İlkin Əlizadə və digərlərinin çıxışı, hind mahnısı və rəqsləri əsgər və zabit heyəti tərəfindən maraqla qarşılanıb. “28 May” diyarşünaslıq evi və Corat qəsəbə mədəniyyət evinin birgə keçirdiyi tədbirdə “Nərgiz” instrumental ansamblının və solo saksafon ifaçısı Çingiz Ələkbərovun ifasında instrumental musiqilər, müənnilər Təhmiraz Şirinov,  Təranə Nurlu,  Pərviz Gümüşlü,  Sunay Sultan, Nazilə Bakılı, Murad Əliyevin ifasında xalq və bəstəkar mahnıları əsgərlərə yüksək bayram əhval ruhiyyəsi bəxş edib. Daha bir tədbir də C.Cabbarlı adına mədəniyyət evi və 6saylı diyarşünaslıq klubunun birgə təşkilatçılığı ilə keçirilib.Tədbirdə özfəaliyyət kollektivinin üzvlərinin ifasında bəstəkar və xalq mahnıları, meyxanaçıların və “Turan” milli rəqs qrupunun çıxışı alqışlarla qarşılanıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler