Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sumqayıtda “Oxu skamyası“ – Fotolar

15 Temmuz 2016

9:12 am


15/07/2016 [13:10]: xeber –
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2016-2018-ci illər üzrə “Şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin fəaliyyətinin təkmilləşdirilməsinə, işlərinin optimallaşdırmasına dair Tədbirlər Planı”na uyuğun olaraq Sumqayıt şəhər S.Vurğun adına mərkəzi kitabxana və uşaq şöbəsinin təşkil etdiyi “Yay məktəbi” iyun ayından rəngarəng silsilə tədbirlər keçirib. Bu tədbirlər həm kitabxanada, həm də açıq səma altında təşkil edilib.BeləkiS. Vurğun adına Sumqayıt Mərkəzi Kitabxanası şəhər Mədəniyyət Evinin qarşısındakı parkda sərgi təşkil edib. “Yaya kitabla” devizi altında keçirilən sərgidə Azərbaycan və xarici ölkə yazarlarının bədii əsərləri və dövri mətbuat nümunələri oxuculara təqdim olunub.S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin tərəfindən təşkil edilən “Kitabxana ilə istirahət” (Açıq səmada oxu zalı) adlı tədbirdə “Oxu skamyası” adı altında sərgi, nağıl qəhrəmanlarının personajları ilə bəzədilən plakatlar və ağaclardan asılan kitablar şəhərin az yaşlı sakinləri tərəfindən maraqla qarşılanıb.Tədbirdə hər yaş üçün nəzərdə tutulmuş nağıl, hekayə kitabların ucadan oxusu keçirilib.Bundan əlavə, uşaq şöbəsi az yaşlı oxucuları kitabxanaya cəlb etmək məqsədilə uşaq bağçalarında da eyni səpkili tədbirlər keçirib. “Yay+kitab= Mən” adlı əyləncəli tədbirlər yay mövsümü müddətində davam edəcək.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler