Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sumqayıt Teatrı -Ecezkarlıq nümuesi….

29 Haziran 2016

1:04 pm


29/06/2016 [17:03]: xeber –
Ölkəmizin zəngin ənənələrə malik qabaqcıl sənət ocaqlarından birinə çevrilərək bu gün də tamaşaçıların dərin rəğbətini qazanmış Sumqayıt Teatrında son dövrlər təmirə ehtiyac yarandığından binada teatrsevərlərə keyfiyyətli tamaşalar təqdim etmək mümkün olmurdu.Son dövrlərdə Sumqayıt şəhərində həyata keçirilən önəmli işlərdən biri də məhz Sumqayıt Dövlət Dram Teatrının əsaslı təmiri ilə bağlı verilmiş qərar oldu. Hazırda teatrda təmir və yenidən qurma işləri yüksək zövqlə və keyfiyyətlə aparılır. 500 yerlik tamaşa və 100 yerlik konfrans zalı  ən müasir avadanlıqla təchiz olunur, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulur.Burada ən müasir səs-akustika sistemi quraşdırılır. Layihəyə əsasən binanın bütün mühəndis-texniki qurğuları əsaslı surətdə yenidən qurulur. Teatrın ekspozisiyasının daha cəlbedici görünməsi üçün milli arxitektura nümunələrindən istifadə edilir. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunur, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənir. Teatrın köhnə parket döşəməsi sökülərək, monolit dəmir-beton plitələrlə əvəz lənib, binadakı sütunlar isə mərmərdən düzəldilib.Binada  tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə tamaşaçılara təqdim etmək üçün müasir avadanlıqlar, işıqlandırma sistemi quraşdırılır. Bu da öz növbəsində Sumqayıt sakinlərinin sənətin ayrılmaz hissəsi olan teatra marağının atrmasına səbəb olacaq. Bütün bu görülən işlər teatrın kollektivini çox sevindirir. Aktyorlar bildirirlər ki,müasir  bina  teatr sənətinin yenidən dirçəlməsinə şərait yaradacaq.Binanın fasadı əvvəlki görünüşünü saxlamaqla, üzlük daşlarla üzlənir. Teatr  binası istər daxilən, istər xaricən özünəməxsus memarlıq üslubu ilə fərqlənir.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler