Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sumqayıt medeniyyet işçileri VII Ramazan festivalına qatılıblar – Ankarada

20 Haziran 2016

9:48 am


20/06/2016 [13:47]: xeber –
Ankaranın
Keçiörən bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən 7-ci Beynəlxalq Ramazan
Festivalı çərçivəsində Azərbaycan gecəsi təşkil olunub. Bu münasibətlə bələdiyyənin
təşkilatçılığı və Türkiyədəki səfirliyimizin dəstəyi ilə festivalın keçirildiyi
sahədə qurulan “Azərbaycan evi”nin açılışı olub.

Açılış mərasimində
səfirliyimizin əməkdaşları, Ankaradakı diplomatik nümayəndəliklərin rəhbərləri,
QHT, KİV, ölkə ictimaiyyətinin təmsilçiləri, eyni zamanda Sumqayıt Bələdiyyəsinin
sədri Sultan Əsədov iştirak ediblər.

Azərbaycan
gecəsində Sumqayıt şəhərini təmsil edən muğam qrupunun da ifası olub. Bir-birindən
maraqlı musiqi nömrələri ilə çıxış edən musiqiçilərimiz gecədə əsl bayram
coşqusu yaşadıb. Əllərində iki qardaş ölkənin dövlət bayraqlarını dalğalandıran
iştirakçılar Azərbaycan-Türkiyə qardaşlığına olan tükənməz sevgi və məhəbbətlərini
müxtəlif şüarlarla ifadə ediblər. Muğam qrupunun ifası türkiyəli qardaşlarımız
tərəfindən yüksək qiymətləndirilib. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler