Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Sülh yolu ile Qarabağımızın azad edilmesinin mümkün olmayacağını…”

14 Eylül 2016

8:36 pm


15/09/2016 [00:32]: xeber –
Senytabr ayının 15 Nuru Paşanın və Mürsəl Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu tərəfindən Bakının mənfur düşmənlərdən azad edilməsinin 98-ci ildönümüdür. Bu günü türk qardaşlarımıza minnətdarlıq hissi ilə qeyd edərkən vətənimizin dilbər güşəsi Qarabağın hələ də erməni faşistlərinin tapdağı altında olduğunu unutmamalı və işğala son qoymaq üçün yalnız Azərbaycan xalqına, Azərbaycan əsgərinə və yenə də türk qardaşlarımıza arxalanmaqdan qeyri yol olmadığını birdəfəlik qəbul etməliyik. İgid Azərbaycan əsgərinin 4 günlük aprel savaşında göstərdiyi qəhrəmanlıq bir daha sübut etdi ki, Azərbaycan öz gücünə qısa müddətdə işğala son qoymağa qadirdir və bu zaman, lazım gələrsə, yalnız türk qardaşlarımıza bel bağlaya bilər. Biz sülh yolu ilə Qarabağımızın azad edilməsinin mümkün olmayacağını da nəhayət birdəfəlik qəbul etməliyik. Aprel savaşından keçən müddət bunu bir daha çılpaqlığı ilə sübüt etdi. Bir daha aydın oldu ki, ermənilərin ATƏT-in Minsk Qrupundakı havadarları bütün vasitələrlə Dağlıq Qarabağın (təkcə Dağlıq Qarabağınmı?) Azərbaycana qaytarılmasına mane olurlar. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədi Ceyms Uorlikin bu günlərdə “İnterfax”a müsahibəsində dedikləri bunu sübüt etmirmi? Ceyms Uorlik bildirib ki: “Biz ümid edirik ki, sülh yolu ilə nizamlanma prosesi illərlə davam etməyəcək, amma, əlbəttə ki, bu məsələ ilə bağlı qəfil sıçrayış gözləmək lazım deyil. Danışıqlar zaman və çoxsaylı müzakirələr tələb edir (yenə də 25 il!?)…”Nizamlanma Dağlıq Qarabağa status verilməsi müqabilində ərazilərin bir hissəsinin Azərbaycana qaytarılmasını nəzərdə tutur”. Bu əslində nə deməkdir? Əvvəllər də qeyd etdiyim kimi, ABŞ (təkcə ABŞ –mı?) Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu sözdə bəyan etsə də, əməldə bütün vasitələrlə (Azərbaycana hədə-qorxu gəlmək, şantaj etmək də istisna olmamaqla) üzdəniraq “DQR”-nın Azərbaycandan ayrılmasına çalışır. Ceyms Uorlikin son söylədikləri göstərir ki, ABŞ nəinki Dağlıq Qarabağın, hətta onun ətrafında işğal olunmuş ərazilərin bir hissəsinin də Azərbaycana qaytarılmamasında maraqlıdır. Ceyms Uorlikin: “Nizamlanma Dağlıq Qarabağa status verilməsi müqabilində ərazilərin bir hissəsinin Azərbaycana qaytarılmasını nəzərdə tutur” fikrinin başqa nə cür izahı var?Sülh yolu ilə Qarabağımızın azad edilməyəcəyini qəbul etməyimiz üçün daha nələr baş verməlidir?Teyyub Qənioğlu


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler