Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Sülh üzre Nobeli de Putin alsa, teeccüblenmeyecem”

13 Ekim 2016

1:12 pm


13/10/2016 [17:10]: xeber –
Xəbər verdiyimiz kimi, artıq ədəbiyyat üzrə builki Nobel mükafatçısı da bəlli oldu. Ötən həftə Los Ancelesdə 60-cı illərin rok ustalarının konsertində iştirakına görə 20 milyon dollar qonarar almış məşhur musiqiçi Bob Dilan Nobelə sahibləndi. Çoxları üçün gözlənilməz olan bu adı, demək olar ki, bütün dünya ədəbiyyatçıları təəccüblə qarşıladı. Maraqlıdır, bir musiqiçinin ədəbiyyat adına Nobel qazanması nə qədər qənatəbəxşdir? Və bu gözlənilməz ad yazarları daha bəsit ədəbiyyatla məşğul olmağa vadar etməyəcəkmi?sayt-ın mövzu ilə bağlı suallarına tanınmış jurnalist İlqar Rəsul aydınlıq gətirib.İlqar Rəsul çoxlarından fərqli olaraq musiqiçinin ədəbiyyat üzrə Nobel almasına təəccüblənmədiyini bildirib: “Əslində Bob Dilan Nobel mükafatını gitarasına görə yox, klaviaturasına (qələminə) görə alıb. Yəni, məntiqlə Nobili onun tələblərinə cavab verən mətn yazmış çəkməçi də ala bilər. Niyə də musiqiçi almasın. Mən burada təəccüblü bir şey görmürəm. Amma o başqa məsələdir ki, bu mükafata Bob Dilandan qat-qat üstün olan qələm adamları, tanıdığımız və tanımadığımız yazıçılar yetərincədir. Sadəcə istənilən müsabiqənin öz seçim qaydaları və ən başlıcası seçim əhvalı var. Bu il seçim qaydaları da olmasa, görünür seçim əhvalı, seçim ruhu, seçim keyfi Bob Dilanın tərəfində olub.Əgər gələn il Fizika üzə Nobeli idmançılar, Kimya üzrə Nobeli kulinrlar, Sülh üzrə Nobeli isə Vladimr Putin alsa, təəccüblənməyəcəm. Əksinə, burda bir məntiq axtaracam”. İlqar Rəsul dünya ədəbiyyatında ciddi və peşəkar yazıçı kimi tanınmayan birinə Nobelin verilməsinin ədəbiyyatı bəsitləşdirə biləcəyi ilə bağlı sualımıız da cavablandırıb:  “Ədəbiyyat buna qədər də kifayət qədər bəsit olub, necə ki, kifayət qədər dəyərli  olub. Yəni bəsitlik və dəyərlilik başqa sahələrdə olduğu kimi ədəbiyyatda da paralel inkişafdadır. Sadəcə məsələni ədəbiyyatın necəliyi yox, seçim edənlərin qərarı həll edir. Həmişə demişəm, yenə də deyirəm. Nobel də daxil, heç bir müsabiqənin nəticəsi ən düzgün, ən məntiqli və ya ədalətli nəticə deyil. Sadəcə seçimdir. Ona görə də məncə istəyir bizdə, istərsə də dünyada hərə öz kitabını yazsın…”Rumiyyə 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler