Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Su yox, işıq yox, yolları berbad veziyyetde ve bu yandan da aclıqdı” – DƏHŞƏT…

28 Eylül 2016

6:00 pm


28/09/2016 [22:00]: xeber –
Özkan Silahdaroğlu 1974 – cü ildə Türkiyə Cümhuriyyətinin Artvin şəhərində doğulub və İstanbul şəhərində boya – başa çatıb. İxtisasca mühəndisdir. Çukuroba Universitetini bitirib. Çox maraqlı həyatı var, dünyanın bir çox ölkələrində inşaat işləri görüb. Həmçinin bizim Azərbaycanda da. Özüylə görüşüb bu dəfə söhbət etdik.- Özkan bəy, dünyanın hansı ölkələrində inşaat işləri görmüsünüz?- Almaniyada, Yuqoslaviyada, Liviyada, İraqda, Misirdə və Azərbaycanda da inşaat işləri görmüşəm. Amma Azərbaycan haqda fikirlərim tam başqa olub. İlk vaxtlar Türkiyədə kanal olaraq “TRT” və “Siyah – Beyaz” kanalı var idi. 1985 – ci ildən sonra Türkiyə rəngli televiziyaya keçdi. Ara – sıra bu kanallarda Azərbaycanı göstərirdilər. Azərbaycanı görəndə həyəcanlanırdıq. Hamının içində bir intizar var idi. Biz həmişə arzu edirdik ki, türk dilli ölkələr birləşsin. – Bəs Azərbaycana nə vaxt gəldiniz?- İlk dəfə 2007 – ci ildə Azərbaycana səyahətə gəldim. Onda biz dörd dost belə bir qərara gəldik ki, türk dilli ölkələri səyahətə çıxaq. Bu səyahəti gerçəkləşdirdik və onda Azərbaycanı da səyahət etdik. Mən ilk dəfə “Şəhidlər Xiyabanı”nda olanda dostlarıma dedim ki, içimdə Azərbaycana qarşı başqa doğmalıq var. Mən heç özümü başqa bir ölkədəymişəm kimi hiss etmirəm. Elə bilirəm ki, mən burda yaşayıb nəsə edəcəm. Biz qayıtdıq və 2011 – ci ildə yenidən Azərbaycana qayıtdım. İndi Bakıda yaşayıram və çox xoşbəxtəm. Bu yaxınlarda dostlarımdan biri mənim evimə qonaq gəlmişdi. Onda ona dedim ki, yadındadı, mən demişdim ki, Azərbaycanda yaşayacam…- Bura nə məqsədlə gəldiniz, biznez məqsədi ilə, yoxsa işinizlə bağlı?- Mən bura işimlə bağlı gəldim. Mən onda şirkətdə çalışırdım. Gördüyünüz mobil telefonun bir çox sistemlərini də mən təkmilləşdirmişəm. Sonra Bakıda öz şirkətimi qurub inşaat işlərinə başladım. – Bu yaxınlarda siz Afrikaya, Anqola respublikasına getmişdiniz.- Bəli. Mən Anqolaya ötən ilin noyabr ayında getmişdim. Ora türk dostlarımın dəvəti ilə getdim. Mən orda dəyirman tikməliydim. Getməmişdən öncə Anqolayla bağlı araşdırma apardım. Mən Anqolanın paytaxtı olan Luanda şəhərinə getməliydim. İlk öncə onu deyim ki, Anqolanı Portuqaliyalılar 1500 – cü illərdə öz əsarəti altına salıb və dünyada ilk dəfə kölə ticarəti ordan başlayıb. Köləlik qanunları dəyişərkən 1965 – ci ildən sonra onlar da öz azadlıqlarına qovuşublar. Amma indinin özünə kimi Anqolada portuqaliyalılar var. Orda qaldığım dörd ay ərzində çox şey öyrəndim. Dünyanın ilk beynəlxalq parkı Luandada yerləşir. Mən ancaq dörd ay ərzində Luandada oldum. Məni orda cangüdənlə qoruyurdular. – Buna səbəb nə idi?- Çünki burda dəhşət aclıqdı. Buranın adamlarını portuqaliyalılar hər şeydən məhurm ediblər. Hətta onlara kitab oxumağı belə ilk öncələr yasaq ediblər. Buranın adamları bir qarın yeməyə işləyir. Ona görə də Anqolaya gələn iş adamlarının hamısının təhlükəsizliyi təmin edilir. Burada kriminal hadisələr tez – tez baş verir. Yəni kiminsə imkanlı olduğunu bildilərsə, tez bir zamanda onu güllələyib pulunu apara bilərlər. Ona görə də məni də hər an öldürə bilərdilər. Mən ilk olaraq Türkiyəyə, Türkiyədən Dubaya və Dubaydan Anqolaya getdim. Məni elə Anqolada hava limanında qorumayla qarşıladılar. – Anqolada yaşayan insanların yaşam tərzi çoxmu acınacaqlıdı?- Əlbətdə. Su yox, işıq yox, yolları bərbad vəziyyətdə və bu yandan da aclıqdı. Şəhərin mərkəzi küçələrində asfalt çəkilib. Amma paytaxtdan kənarda yollar bərbad vəziyyətdədi. İnsanlar yağış suyundan istifadə edirlər. Bununla onlar həm yuyunur, həm də yemək bişirirlər. Amma bütün bunlara baxmayaraq insanları çox pozitivdi. Şəhərdə gəzərkən görürsən ki, hər küçənin tinində gənc qız və oğlanlar dans edirlər. Buranın adamlarından nəsə soruşanda adamı gülər üzlə qarşılayırlar. Mənə Anqolada yenicə məzun olmuş hüquqşunas və bir hərbiçi bələdçilik edirdi. Təsəvvür edin ki, bu ölkədə fəsil yoxdu. İlin altı ayı yağış yağır, altı ayı isə isti keçir. Burda onların adlandırdığı  “Manqo” meyvəsindən başqa hər şey ölkə xaricindən gəlir. Ona görə də onlarda meyvə – tərəvəz çox bahadı. İnsanları balıq çox yeyirlər. Dinə bağlı insalardılar. Hər həftə kilsəyə gedib dualar edirlər. – Geyim tərzləri necədi Anqolalıların?- Şəhərin özündə geyinməyi çox sevirlər. Amma şəhərdən kənarda elə də yox. Bəzən görürsən ki, uşaqlar da çılpaq vəziyyətdədi.  Onlar geyimi yemək – içməkdən daha üstün tuturlar. Şəhərin küçələri çox çirklidi. Küçədəki zibilləri təmizləmədiklərinə görə üfunət iyindən durmalı deyil. Bazarlarındakı vəziyyət daha acınacaqlıdı. – İnsan başqa ölkədə olanda özünüz başqa bir dünyadaymış kimi hiss edir. Siz Anqolada hansı hissləri keçirdiniz?- Düzdü. Adam başqa ölkələrdə olanda qarışıq hisslərə qapılırsan. Mən Azərbaycanda olanda özümü elə hiss edirdim ki, bu ölkə mənə yad gəlmirdi. Amma Anqolada hiss edirsən ki, sən başqa bir dünyadasan. Dörd aylıq səfərim ərzində dəyirman binasını tikib təhvil verdim. İlk dəfə olaraq Anqolalılar paytaxt Luanada unla təmin olunacaqlar. Vasif Əlihüseyn 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler