Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Stekanla 76 yaşlı mühasib qadını qetle yetirenlerin – Cinayet işi

12 Ağustos 2016

5:08 pm


12/08/2016 [21:07]: xeber –
Bakıda 76 yaşlı mühasib
qadını stəkanla öldürən və mənzilindən nağd pul və qızıl oğurlayan şəxslər
hakim qarşısına çıxarılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə
keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

Hadisəni törədənlər-
1989-cu il təvəllüdlü Bakı şəhər, Xətai rayon sakini Məhərrəmov Şəmsi Akif oğlu
və 1991-ci il təvəllüdlü Hövsan qəsəbə sakini İsayev Musa Camal oğlu əvvəllər məhkum
olunmayıblar.

 

Qonşu olan gənclər 2016-cı
il, aprelin 21-də Bakı şəhər sakini, 76 yaşlı Nelli Sultanovanın Suraxanı
rayonunun Hövsan qəsəbəsindəki mənzilinə girərək onu stəkanla qətlə yetiriblər.

 

Təqsirləndirilənlərdən
V.İsayev mənzilə daxil olarkən stolun üstündəki stəkanla

N.Sultanovanın sol gicgah
nahiyəsinə bir neçə dəfə zərbə endirib. Yaşlı qadın mənzildə qan itirməsindən
dünyasını dəyişib.

 

Polis və prokurorluq
orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri
nəticəsində hadisəni törədən şəxslər saxlanılıb. Saxlanılanlardan Vüsal
İsayevin mərhumun qonşusu olduğu məlum olub.

 

Hadisəni tamah məqsədi ilə
törədən gənclər mənzildən götürdükləri 750 manat pulu, bir ədəd qızıl üzük, iki
ədəd qızıl sırğanı da təhvil veriblər.

 

Məhkəmədə zərərçəkmişin
hüquqi varisi kimi oğlu Sultanov Məmmədmirzə Pirqulu oğlu tanınıb.

 

M.Sultanov məhkəmə zalında
təqsirləndirilənlərə üzünü tutaraq bu əməllərinə görə onları qınayıb.

 

Qonşuları olan Vüsal
İsayevdən gözlərinə baxmasını istəyən M.Sultanov bunları qeyd edib: “Vüsal,
gözlərimin içinə bax. Utanmadınızmı yaşlı qadına əl qaldıranda? Mənə cavab
verin”.

 

Təqsirləndirilən şəxslər
M.Sultanova cavab verməyiblər.

 

Qeyd edək ki, Melli
Sultanova Bakıdakı beton zavodlarından birində mühasib vəzifəsində çalışıb. Tək
yaşayan qadından xəbər ala bilməyən oğlu qonşularına zəng edib. Qonşular qapını
döysə də yaşlı qadın cavab verməyib. Qapını qırıb mənzilə girən qonşuların N.Sultanovanın
cansız bədənini tapıblar. /Musavat.com/ 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler