Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Startap layihelerinin teqdimatı keçirilib – Fotolar

04 Kasım 2016

1:28 pm


04/11/2016 [17:26]: xeber –
Noyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnfromasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsində qalib olan tələbələrin Startap layihələrinin təqdimatı keçirilib.ADNSU-nin rektoru Mustafa Babanlı tədbir iştirakçılarını salamlayaraq, Universitetin Startap və İnnovasiya mərkəzi haqqında məlumat verib. Startap layihələrinin əhəmiyyətindən danışan rektor M.Babanlı tələbələrin bu cür layihələrini yüksək qiymətləndirib.“Ali məktəbdə Startap məktəbinin olması vacib şərtdir. Tələbələr öz bilikləri və yeni innovasiyaların köməyi ilə yeni müəssələr qura bilər. Bunun üçün onlara geniş imkanlar yaradılır”-deyə M.Babanlı bildirib.Fondun icraçı direktoru Elçin Zeynalov tədbirin məqsədi və Fondun startap layihələrinə göstərdiyi dəstəkdən danışıb.“Bu layihə tələbələrə yeni ideyalar düşünmək, öz uğur hekayəsini yazmaq üçün şans verib. Biz istəyirik ki, kreativ və bilikli gənclərə özlərini təqdim etmək işində dəstək olaq. Bu cür biznes inkubatorların yardılmasında əsas məqsəd gənclərin İKT sahəsinə marağını artırmaq və kütləviliyi təmin etməkdir. Qeyd edim ki, qalib gələn layihələrdən 15-i tələbələrin təqdim etdikləri layihələrdir. Bu çox sevindirci haldır. Qalib gələn layihələrdən üçü ADNSU tələbələri tərəfindən təqdim edilib”-deyə E.Zeynalov bildirib.Daha sonra qrant müsabiqəsində qalib gələn bir neçə layihə Rabitə vəYüksək Texnologiyalar Nazirliyinin sertifikatları ilə təltif edilib. Nazirliyinin şöbə müdiri Tahir Məmmədov qalibləri təbrik edib. Startap və innovasiyalar mərkəzi haqqında slayd nümayiş olunub. Tədbirin qalib layihə müəllifləri ilə xatirə şəkili çəkilib.Qeyd edək ki, Fond Azərbaycanda bir sıra ali təhsil ocaqlarında biznes inkubatorların yaradılmasına dəstək verib. Son qrant müsabiqəsinə təqdim olunan 121 layihədən 29-u qalib olub. Ümumilikdə layihələrə 395 000 Azn qrant vəsaiti ayrılıb.ADNSU-nun “eazi START” startap məktəbinin Elektron xidmətlərin inkişafı, infrastrukturun təkmilləşdirilməsi, innovativ həllər üzrə layihələrin qəbul edildiyi bu qrant müsabiqəsində Magic Words, Smart Keyboard, Comfortab layihələri müvafiq olaraq 15 000, 12 000 və 10 000 manat həcmində qrant qazanıblar.Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində startap məktəbi və biznes inkubatoru olan “eazi START” 2015-ci ilin sonlarında yaradılıb, 2016-cı ilin yanvarında burada ilk təlimlərə başlanılıb. Startap məktəbinin inkişafında, təlimlərin həyata keçirilməsi və tələbələrlə işlərin aparılmasında tərəfdaş qurumlar olan “Sikorski Çellenc” (Ukrayna) və “BeNextIT” (İsrail) biznes inkubatorları yaxından iştirak edib. İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “eazi START” startap məktəbinin ilk buraxılış festivalı keçirilib. Festivalda 15 startap layihəsi təqdim edilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler