Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Stalinin müemmalı ölümü -Ölkeni 6 il onun benzeri idare edib?

12 Ekim 2016
9:32 am


12/10/2016 [13:30]: xeber –
İosif Stalin haqqında hazırladığı maraqlı araşdırmanı təqdim edirik:1953-cü ilin 9 mart tarixində SSRİ-nin qurucularından biri olan İosif Stalinin dəfn mərasimi keçirilib. Dünya tarixində iz buraxmış və “millətlər atası” adlandırılan lider Moskvanın Qızıl meydanında dəfn edilib.Onun ölümü ətrafında bir çox şayiələr dolaşır. Hətta bəzi tarixçilər müəyyən mənbələrə istinad edib bildirir ki, “millətlər atası” düşmənləri tərəfindən öldürülüb.Bu iddiaların nə dərəcədə doğru olub-olmadığını bilmirəm. Amma Ölkə.Az saytı bu bəzi iddiaları toplayaraq oxucuların ixtiyarına buraxır. Hər halda od olmayan yerdən tüstü çıxmaz. Yəqin ki, “qırmızı monax”ın ölümündə müəyyən sirr pərdəsi var. Aşağıda bəzi faktları sizə təqdim edirik:Baş tutmayan sui-qəsdStalin ümumiyyətlə 29 il hakimiyyətdə olub. Hakimiyyəti dövrünə dəfələrlə ona sui-qəsd təşkil edilib. Amma “millətlər atası” ətrafında elə mühafizə sistemi qurmuşdu ki, bu halqanı yarmaq qeyri-mümkün idi.Onun ölümündən sonra həm sovet, həm də Qərb tarixçiləri arxiv materiallarına əsaslanaraq müəyyən etdilər ki, İosif Stalini bir neçə dəfə öldürmək istəyiblər. İki dəfə yapon xüsusi xidmət orqanları ona qarşı sui-qəsd təşkil ediblər. 1939-cu ildə Maçeste rayonunda keçmiş hərbçi onu güllələməli idi. Amma sui-qəsd baş tutmadı. İkinci dəfə yaponlar Mavzoleyin tribunası altına mina yerləşdirmək istədilər.Stalinə qarşı təşkil edilən sui-qəsdlər siyahısında Tula qarnizonunun hərbçisi leytenant Danilovun da adı var.1942-ci ilin 6 noyabr tarixində dezertir Saveliy Dmitriyev hökumət maşınını gülləyə tutdu. O, elə bilirdi ki, Stalin avtomobildə əyləşib.Bu qəsdlər artıq tarixçilər tərəfindən araşdırılıb. 1943-cü ildə Tehranda keçirilən konfrans zamanı Stalinə qarşı təşkil edilən sui-qəsdin qarşısı “böyük sıçrayış” əməliyyatı nəticəsində alınıb.Amma 1947-ci ildə təşkil edilən sui-qəsd barədə heç bir yerdə söz açılmır. Çünki bəzi mənbələrə əsasən, sui-qəsd planı uğurla başa çatmışdı və Stalinin yerinə növbəti 6 ildə onun bənzəri dövləti idarə etmişdi. Bunu Stalinin yaxın çevrəsindən, daha dəqiq desək, planı həyata keçirənlərdən başqa heçkəs bilmirdi.Dəhşətli cinayətin izləri az da olsa qalmışdı. Sadəcə baş verənləri diqqətlə analiz etmək lazımdır. Qapalı arxivlərə, o dövrə aid qəzetlərə və fotolara baxanda müəyyən incəliklər diqqətdən yayınmır.Nəzərə almaq lazımdır ki, o illərdə, yəni söhbət 1953-cü ildən sonrakı dövrdən gedir, bu ölüm haqda müəyyən şayiələr dolaşırdı. Amma heç kəs bu xəbərləri ciddi qəbul etmirdi. Amma sübutlar var idi, sadəcə diqqətlə baxmaq kifayət edərdi.Stalinin qəfil xəstəliyi1947-ci il SSRİ üçün çətin dövr idi. Bütün ölkə ittifaqın 30 illik yubileyinə hazırlaşırdı. Oktyabr sosialist inqilabından düz 30 il keçmişdi. Ölkəni müharibə alovundan keçirən və müharibədən sonrakı sınaqlardan üzü ağ çıxaran Lenin kursunu təntənəli surətdə qeyd etmək lazım idi.”Millətlər atası” da ölkə ilə birlikdə yubileyə hazırlaşırdı. Təbii ki, Stalin əlinə bel alıb iş görmək, tarlaya çıxmaq, traktor sürmək fikrində deyildi. Onun əsas işi dövlət gəmisini satqınlardan və tənbəlləşmiş məmurlardan təmizləmək idi. 1974-ci ildə onun əlində məhv ediləcək insanların adı yazılmış böyük siyahı var idi. Deməli, “qırmızı monax” siyahı hazırlatmış, “böyük təmizlik” adı altında siyasi zir-zibili tarix səhnəsindən silmək fikrinə düşmüşdü. Bu işdə onun əsas “buldozeri” Stalinin ən sevimli sərkərdəsi, marşal Jukov idi.Plana görə, əsas zərbə müharibədə birbaşa iştirak etməyən, amma qələbədən yararlanan, ölkə hakimiyyətinə göz dikən elitaya dəyməli idi. Təmizlənəsi siyasi elita nümayəndələri içində Beriya və Malenkovun da adı var idi. Stalin başa düşürdü ki, bu ikili ölkəni idarə etmək niyyətindədir.Başa düşmək olur ki, Stalin SSRİ-nin 30 illiyini yenilənmiş kabinet ilə qarşılamaq istəyirdi. Amma arzusuna çata bilmədi. Bir versiyaya görə, Beriya və Malenkov “qoca”nı qabaqladılar. Xatırladaq ki, o dövrlərdə Beriya Stalini “qoca” adlandırırdı.Beriya bilirdi ki, qəddar rəhbər ona yaxın adamlar arasında təmizləmə işi aparacaq. Bu siyahıya Lavrentiy Pavloviçin işçiləri də daxil olacaq. Bu dövrdə Lavrentiy SSRİ nazirlər kabineti sədrinin müavini idi və ölkəni idarə edən siyasi büroya üzv olan 7 nəfərdən biri sayılırdı.Bu səbəbdən Beriya rəhbərin ətrafındakı insanları təmizləyir, öz adamlarını yerləşdirirdi. Məhz onun təklifi ilə bu dövrdə Viktor Abakumov Xalq Komissarlarının sədri seçildi. Abakumov Beriyanın ən sadiq adamlarından biri idi. Tezliklə Beriya Stalinin mühafizə xidmətinin rəisi general Vlasiklə də hiyləgər oyuna başladı. Nəticədə Vlasikin işçisi Fedoseyev həbs edildi. Qeyd edim ki, o dövrdə Fedoseyev Stalinin yaşadığı bağın komendantı idi.Vlasik də Stalinə qarşı sui-qəsd təşkil etməkdə günahlandırıldı. Bu zaman general Stalinin gözündən düşdü və sui-qəsdçilər üçün əla fürsət yarandı. “Kreml iblis”inin ətrafında tanımadığı insanlar peyda oldu, onlara etibar etmək olmazdı.Təəccüblü deyil ki, 1947-ci ilin mart ayında vəziyyət sui-qəsdçilərin xeyrinə dəyişdi və Stalin qəflətən ağır xəstəliyə düçar oldu. Bu xəstəlikdən sonra o, sağala bilmədi.Stalinin mədəsində problemlər olduğu üçün o, dərmandan istifadə edirdi. Dərman qəbulundan üç ay sonra dahi rəhbər gözlərini yumdu. Çünki dərman qəbulu onun sağlamlığında ciddi problemlər yaratdı.Bu xəstəliyin tarixçəsi haqda arxiv materialları mövcuddur. Stalinin qidalanması ciddi nəzarətdən keçirdi. Amma bu nəzarətə baxmayaraq onu zəhərlədilər. Şübhəsiz ki, bu işdə Beriyanın əli var idi. Çünki Georgiy Mayranovski onun adamı idi. Mayranovski isə, zəhər üzrə böyük mütəxəssis idi və xüsusi laboratoriyanın rəhbəri idi. Bu laboratoriya gizli idi və dövlət üçün işləyirdi. Laboratoriyanın icadları sirli ölümlər üçün nəzərdə tutulmuşdu.Dərman qəbulundan 3 ay sonra Stalin dünyasını dəyişdi. Amma rəsmi məlumata əsasən, 1947-ci ilin iyun ayında “millətlər atası” möcüzə sayəsində sağalmışdı. Əslində isə, o, vəfat etmişdi. Qətldən 3 ay keçmişdi.Digər versiyalarBaşqa bir versiyaya əsasən, SSRİ-nin qurucusunu heç kəs qətlə yetirməmişdi. Müharibə illərində zədələnən orqanizm uzun müddət yaşaya bilmədi və heç bir müdaxilə olmadan Stalin dünyasını dəyişdi.İstənilən halda rəhbərin ölümünü dünyaya car çəkmək çox təhlükəli idi. Bu, Sovet İttifaqının mövcudluğunu şübhə altına ala bilərdi. 2-ci dünya müharibəsindən sonra xarabaya çevrilmiş ölkə bərpa edilməmişdi. ABŞ və İngiltərə artıq SSRİ-nin düşməninə çevrilmişdilər və nüvə silahına malik idilər. Eyni zamanda, bu iki dövlət hələ nüvə silahına sahib olmayan SSRİ-yə atom bombası atmaq fikrində idilər. Bu səbəbdən çox güclü liderin ölümü SSRİ-nin nüvə hücumuna məruz qalması ilə nəticələnə bilərdi.Amerika kəşfiyyatına məlum idi ki, Stalinin əmri ilə nüvə silahı üzərində iş gedir və tezliklə buna sahib olacaq. SSRİ “imperatoru”nun ölümündən sonra hakimiyyət uğrunda siyasi elitada qızğın mübarizə başlaya bilərdi. Niyə ABŞ bundan istifadə edib ən böyük rəqibini atom bombası ilə sıradan çıxarmasın?Stalinin nüfuzu SSRİ rəhbərliyinə Şərqi Avropa və Çin liderləri ilə ciddi problemləri həll etməyə kömək etmişdi.Bu səbəbdən dövlətin ali siyasi elitası “millətlər atası”nın ölümünü ciddi-cəhdlə gizlətməyə çalışdı. Vəfat etmiş rəhbər gizli surətdə dəfn edildi. Onun yerinə isə bənzərlərindən biri keçdi. Hələ 30-cu illərin sonlarından Stalinin bənzərləri var idi.”Qırmızı monax”a həddən artıq bənzəyən oxşar oyuna başladı. Təbii ki, bu məsələdə də müəyyən problemlər yaranırdı. Bu problemlər hətta siyasətdən uzaq olan adamların da diqqətini cəlb etmişdi.Həddən artıq bənzərlik1947-ci ilin may ayında Stalin Mavzoleyin tribunasında peyda oldu. Amma o, bu dəfə hər zamankı kimi birinci cərgədə mərkəzdə yox, Şkiryatov və Budyonnının ortasında dayanmışdı. Ola bilər ki, bu vaxt oxşar hələ roluna tam hazır deyildi və siyasi elita zəhmətkeşlər tərəfindən “yeni Stalin”in necə qəbul ediləcəyini müşahidə etmək istəyirdilər.Gözlənildiyi kimi, ölkədə Stalinin öldüyünü, düşmənləri tərəfindən bu məsələnin xalqdan gizlədildiyi barədə şayiələr dolaşmağa başladı. Təhlükə yaxınlaşırdı! Bu zaman planı icra edən siyasi elita “Stalin”ə kütlə arasına çıxmağı məsləhət gördülər.Bu dəfə də problem yarandı. May ayının 3-ü Kremldə keçirilən hərbi paradda “saxta rəhbər” silahdaşlarının əhatəsində peyda oldu. Amma bütün gün ərzində onun ağzından bir söz də çıxmadı. Dayanmadan sağlıq deyən Molotov onun dadına çatdı. “Saxta Stalin” yəqin ki, rolunu tam öyrənməmişdi və dahi rəhbərin bu məclislərdə hansı sözlərdən istifadə etdiyini dəqiq bilmirdi. Eyni zamanda nəzərə almaq lazımdır ki, məclisdə Stalinlə həmsöhbət olmuş, onun səsini, söhbətlərini eşidən adamlar var idi. Bu səbəbdən Stalinin oxşarının danışmağı hər şeyi alt-üst edə bilərdi.Bir ay sonra, yəni 1947-ci ilin 20 iyun tarixində RSFSR ali soveti sessiyasının açılışında “Stalin” yenidən “quş buraxdı”. Rəyasət heyətinə gələn “Stalin” adətən oturduğu yerdə yox, arxa oturacaqda əyləşdi. O, bütün iclas boyu tək oturdu. Beriya, Bulqanin, Malenkov, Molotov və Mikoyana yaxınlaşmadı. Güman etmək olar ki, “saxta rəhbər” siyasi elitaya yaxınlaşmağa cürət etməmişdi. Ağla gələn başqa bir versiya isə, siyasi elita tərəfindən ona məhz arxa planda oturmaq və səsini çıxartmamaq tapşırılmışdı.Eyni ilin noyabr ayında Oktyabr inqilabı tədbirlərində Stalin Mavzoleyin tribunasına qalxmadı. Bunun müəyyən səbəbləri var idi. Əsas səbəb isə o idi ki, tribunada əsl Stalini yaxından tanıyanların sayı həddən artıq çox idi. Millətlər atasını yaxından görən siyasilər burda bir oyun olduğunu anlaya bilərdilər. Buna görə də sui-qəsdçilər “Stalin”i tribunaya yaxın buraxmadılar.Bəs Stalinin bənzəri kim idi?Görəsən, siyasi elita bu məsələdə kimdən istifadə etmişdi? Bəzi mənbələrə inansaq, Yevsey Lybuskiy Stalinə həddindən artıq çox oxşadığı üçün bu rol ona tapşırılmışdı. Lyubiskiy 1980-ci ildə Düşənbədə dünyasını dəyişib.Başqa bir mənbəyə əsasən, Stalinin yerinə keçən bənzəri 1953-cü il 5 mart tarixində Beriya tərəfindən zəhərlənib. Bu barədə hətta tibbi arayış da var.Həkimlər bağda ölən və son illər Stalin adı altında yaşayan şəxsin cəsədini diqqətlə müayinə ediblər. Müəyyən edilib ki, əsl Stalinin sahib olduğu anatomik xüsusiyyələrin heç yarısı bu bənzərdə olmayıb. Məsələn, həkimlərin rəyində sol əlin zədəsi barədə məlumat yoxdur. Əslində isə, Stalin çiyin və bilək əzələlərinin atrofiyasından əziyyət çəkirdi. Bundan başqa, ekspertiza sənədlərində ayaqlar arasındakı fərq və sol ayağın barmaqlarındakı problem barədə məlumata rast gəlmək mümkün deyil.Eyni zamanda qeyd etmək yerinə düşər ki, 1952-ci ildə “Stalin”lə görüşən doğma qızı Svetlana onu tanımadı. Svelana bu barədə yazırdı: “Qəribədir, atam siqaret çəkmir. Üzünün rəngi hər zaman solğun olsa da, indi qırmızıya çalır”.Bütün bunlara yekun olaraq söyləmək lazımdır ki, Beriyanın və siyasi elitanın digər üzvlərinin bu oyunu baş tutmuşdu…(ölkə.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler