Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Stalinin bakılı arvadı özünü niye öldürdü?

09 Eylül 2016

2:04 pm


09/09/2016 [18:00]: xeber –
Köhnə təqvimlə bu gün  9 sentyabr Stalinin ikinci həyat yoldaşı Nadejda Alliluyevanın doğum günüdü. Qeyd edək ki, Nadejda Alliluyeva 1901-ci ildə Bakıda inqilabçı fəhlə Sergey Alliluyevin ailəsində anadan olub. Stalinlə bu ailənin qəribə tanışlıq tarixçəsi var. Belə ki, Nadejda 2 yaşında Bakı bulvarında gəzərkən dənizə düşür. Bunu görən 23 yaşlı gənc İosif Cuğaşvili özünü dənizə atıb uşağı xilas edir. Sonralar Alliluyevlər ailəsi Peterburqa köçür. Stalin Sibir sürgünündən qayıdandan sonra 16 yaşlı Nadejda ilə yaxından tanış olur. Gənc qız özündən 21 yaş böyük olan İosifə vurulur. Onların rəsmi nikahı 1919-cu ildə kəsilir. Bu zaman Stalinin birinci arvadı Yekatrina Svanidze vəfat etmişdi, altı aylıq oğlu Yakovu isə qohumları götürüb saxlayırdı.                        Stalinlə Nadejdanın 1921-ci ildə oğlu Vasili, 1926-cı ildə qızı Svetlana dünyaya gəlir. Onların münasibətləri çox vaxt gərgin olur. Çox qəribədir ki, Stalinin həyat yoldaşının ölüm tarixi də 9 rəqəmi ilə bağlıdır. Stalinin bakılı arvadı Nadejda 9 noyabr 1932- ci ildə qardaşı Pavelin ona hədiyyə etdiyi “Valter” pistoletiylə ürəyinin başından vuraraq özünü öldürür. İntiharın bir neçə səbəbləri göstərilsə də ən ağlabatanı odur ki, Oktyabr inqilabının ildönümü Voroşilovun evində qeyd edilən zaman Stalin Nadejdanı təhqir edib, ona”səfeh “deyir. Məclisi tərk edən Nadejda evə gəlib özünü öldürür. Onu Novodeviço qəbristanlığında dəfn edirlər. Məzarı tez-tez ziyarət edən Stalin yaxınlarına birinə deyir: “Uşaqlar  onu tez unutdular, mənim həyatımı isə zəlil etdi. Gəl içək Nadyanın sağlığına”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler