Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Stalin, Lenin, Karl Marks Qara denizde yaşayır – İnanılmaz – Fotolar

02 Kasım 2016

11:44 am


02/11/2016 [15:40]: xeber –
sayt xəbər verir ki, Krım yarımadasında sahildən təxminən 100 metr məsafədə, 12 metr dərinlikdə yerləşən suaaltı muzey tapılıb. Muzeydə Sovet dövrünə aid 50 heykəl yerləşir. Yəqin ki, Qara dəniz sahilində Krım mənzərəsinin həzzini dadanlar  bu suların altında gizlin sirrlərin olduğunu ağıllarına belə gətirməzdilər. Sualtı muzeyə baxanda isə insanın ağlına ilk olaraq heykəllərin buraya necə gətirilməsi sualı gəlir. Qeyd edək ki, Sovet ittifaqı dağıldıqdan və Ukrayna müstəqilliyinə qovuşduqdan sonra  Ukrayna milliyətçiləri Ukraynanın bütün kənd və şəhərlərindəki Sovet izlərini silmək istəyirdi. Bu məqsədlə ilk olaraq Sovet liderlərinin xatirəsinə ucaldılmış heykəlləri bir- bir yığışdırmağa başlayırlar. 1991-ci ildə Donetsktə yerli bir üzgüçülük klubunda məşq edən Vladimir Borumensk adlı dalğıc ilk heykəli Krıma aparıb burundakı  qayalıq bir yerə qoyur. Amma acıqlı insanlar orya gedərək heykəli parçalayırlar. Bütün heykəllərin parçalanacığını düşünən Vladimir onları dağılmaqdan xilas etməyə çalışır. Buna görə də heykəlləri dənizin içində insanların əllərinin çatmayacağı yerdə yerləşdirməyə qərar verir. Daha sonra Sovet ittifaqının müxtəlif regionlarından buraya büstlər gətirilməyə başlayır. Üzgücülərin və Sovet heykəlləri həvəskarları üçün  heykəllərin yerləşdiyi bu əraziyə hər il turlar təşkil olunur. Hələ də bir çox dalğıc hər il Vladimir Borumenskinin sualtı muzeyə çevirdiyi bu yerdə büstləri təmizləyir. sayt su altında yaşayan heykəllərdən bəzilərinin fotolarını təqdim edir:Stalin:Karl Marksa və V.İ.Lenin: Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler