Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“SSRİ-ni mehz Qarabağ münaqişesi dağıtdı” -Putinin nezerine

24 Eylül 2016

9:08 am


24/09/2016 [13:06]: xeber –
“SSRİ-nin dağılması İttifaq məkanında Qarabağda ilk qanlı münaqişə ilə başladı”Bunu Rusiyalı politoloq Aleksandr Proxanov deyib. O, Rusiya prezidenti Vladimir Putinin “SSRİ-ni dağıtmaq yox, demokratik islahatlar aparmaq lazım idi” sözlərini şərh edərkən bildirib.“Rusiya prezidentinin nəzərinə çatdırıram ki, keçmişdə SSRİ-də müxtəlif xarakterli münaqişələr baş verirdi, lakin ölkə rəhbərliyi məsuliyyəti öz üzərinə götürərək, əlindən gələni edirdi ki, qarşıdurmanı yatırsın. Fəqət azərbaycanlılarla ermənilərin silahlı toqquşmasına dair Moskvada bildirdilər ki, regionlar qarşılıqlı münasibətlərini özləri həll etməlidirlər. Hamı anladı ki, mərkəz Qarabağdakı münaqişəni tənzimləmək iqtidarında deyil, yaxud da bunu etməyi arzulamır. Halbuki, bu problemin bütün SSRİ-yə aidiyyatı var idi və Kremldəki hakimiyyət millətlərarası yanğını söndürməyə borclu idi. Mərkəz bu problemin həllindən özünü təcrid edəndən sonra Qarabağ münaqişəsi qorxulu xarakter aldı. Ermənistanda və Azərbaycanda yerləşən, maaşsız və təminatsız qalmış Sovet ordusu hissələri könüllüləri Qarabağ müharibəsinə yollayırdılar. Bu, SSRİ-də ümummilli vətəndaş müharibəsinin ilk döyüşü idi. Həmin andan başlayaraq dağıntı prosesinin müxtəlif mexanizmləri işə düşdü və hazırda biz bir vaxtların nəhəng dövlətinin tör-töküntüsü üzərində yaşayırıq”, – Proxanov deyib.Politoloq qeyd edib ki, məhz Qarabağ münaqişəsi SSRİ-nin bədənində ilk çat oldu və Moskvanın bu çatı yamamaq iqtidarında olmaması üzündən o dərinləşdi və dövlətin tam süqutuna gətirib çıxardı.(virtualaz.org)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler