Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“SSRİ” adlı “ölü”nü diriltmek hevesinde olan “Şeyx Nesrullah”lar – FOTO

15 Eylül 2016

7:32 pm


15/09/2016 [23:25]: xeber –
Son vaxtlar bir çox marketlərdə “SSRİ” adlı qatılaşdırılmış şirin süd məhsullarının satılması müşahidə edilir. Rusiya istehsalı olan və Azərbaycanla yanaşı, digər postsovet ölkələrinə də ixrac edilən bu məhsulla bağlı diqqət çəkən başlıca məqam, heç şübhəsiz ki, bu məhsulun adıdır. Məhsulun üzərində “SSRİ” adı başqa məntiqlə izah edilsə də, bu adın ondan çox ölkəni SSRİ adı ilə əsarətdə saxlayan rus-sovet imperiyasının adını xatırlatdığı, bu adın və ideyanın təbliğinə hesablandığı ortadadır. Rusiyada müxtəlif siyasətçilərin zaman-zaman SSRİ-nin bərpası məsələsini gündəmə gətirdiyini, bu gün də postsovet məkanına Rusiyanın nüfuz dairəsi gözü ilə baxdığını nəzərə alsaq, “SSRİ” adlı süd məhsulları ilə, həm də “SSRİ” ideyasının ixrac edildiyini anlamaq olar. Görünən odur ki, Rusiyada bəzi dairələr hələ də “bəlkə də qaytardılar” düşüncəsi ilə yaşayaraq SSRİ adını hansısa ərzaq məhsulları üzərində belə yaşatmağa zərurət hiss edirlər. İstənilən halda, “SSRİ” adlı məhsulların postsovet məkanına ixracında təxribat amili istisna edilməməlidir. Odur ki, bu məsələdə aidiyyati qurumların həssaslıq sərgiləməsinə, məsələnin milli maraqlar və milli təhlükəsizlik aspektində dərindən araşdırılmasına ehtiyac var. Elə edilməlidir ki, Moskvada oturan “Şeyx Nəsrullah”lar “SSRİ” adlı “ölü”nü süni yolla diriltmək həvəsinə düşməsinlər…


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler