Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Sprut”un caynaqları uzundur, lazım olduqda lap Avropaya da çatır”

02 Temmuz 2016

12:12 pm


02/07/2016 [16:09]: xeber –
Son
vaxtlar Avropadakı azərbaycanlı siyasi mühacirlər arasında qarşıdurma və gərginliyin
getdikcə artması müşahidə edilmkdədir. Azərbaycanın maraqları naminə birləşməsi
gərəkən gənclərin cəbhələşməsi, bir-birləri ilə intriqa aparması nə dərəcədə
doğrudur?

sayt-a
açıqlama verən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Azərbaycan Ziyalılar
Birliyinin sədri Eldəniz Quliyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Təəssüflə
qeyd edək ki, son vaxtlar mühacirətdə yaşayan soydaşlarımız arasında anlaşılmaz
mübahisə və münaqişılər vüsət alıb. Heç şübhəsiz ki,
onların bir-biri ilə münasibətlərinin gərgin, bəzənsə konfrantasiya həddinə
çatması kimlər üçünsə hava-su qədər vacibdir. Əks-təqdirdə bu “körük”
öz-özünə alovlanmazdı… Halbuki öz ölkəsində min əzab-əziyyətə qatlaşan,məhrumiyyətlərə,
təqib və təzyiqlərə sinə gərən… nəhayət də doğma vətəni tərk etməkdən savayı
çıxışı qalmayan insanlar qəribçilikdə birləşməli, çiyin-çiyinə dayanmağa məhkum
olmalı idilər. Allah baisin evini yıxsın, görünür “sprutun” caynaqları bildiyimizdən də
uzundur və lazım olduqda lap Avropaya da çatır.

Şəxsən mən hazırda
Fransada mühacir həyatı yaşayan iki nəfər vətənpərvər, mübariz insan tanıyıram
ki, mümkün olduğu qədər bu lazımsız və yersiz mübahisələrdən uzaq durub hər
zaman azad Azərbaycan uğurunda, demokratik dəyərlər uğurunda mübarizələrini
davam etdirir və bu fəaliyyətlərində bir damcı da olsun təmənna güdmürlər. Bunlar
Elnur və Murad Ağayev qardaşlarıdır. Onlar bəlkə də bəzi
“tanınmışlar” qədər məşhur olmasalar da, öz doğma vətənlərində
demokratiyanın təntənəsi, insanların mənəvi və maddi durumunun yüksəlməsi üçün əllərindən
gələni edirlər. Təkrar edirəm: təmənnasız və səssiz-küysüz. Çünki Elnur da,
Murad da bu işi özlərinin alın yazısı sanırlar”.

Deyirəm,
kaş ki, mühacir həyatı yaşamağa məcbur olan soydaşlarımız qoyub getdikləri millətin
YAXŞI yaşaması üçün orada-qürbət ellərdə DÜZ yaşamağa çalışaydılar.

Onda
problemlər,umu-küsülər də azalardı…”

 

Seymur Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler