Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Spikerle Zahid Oruc yene dalaşdı – “Heddini aşırsan…”

24 Haziran 2016

8:44 am


24/06/2016 [12:41]: xeber –
Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədovla millət vəkili Zahid Oruc arasında münasibətlər həddindən artıq gərgin səviyyəyə yüksəlib. sayt xəbər verir ki, buna səbəb millət vəkili Zahid Orucun Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı referenduma münasibət bildiriməsi olub. O bildirib ki Avropa İttifaqının dağıldığı bir vaxtda “tax free “ sisteminə keçmək düzgün deyil, ehtiyatlı olmaq lazımdır”.Bundan sonra spiker O. Əsədovla millət vəkili arasında gərgin dialoq yaşanıb.“Sən danışdın, mən qulaq asdım, indi qoy mən izah edim, sən qulaq as. Bununla Azərbaycanda ticarət dövriyyəsi artacaq. Turizm inkişaf edəcək. “Tax free”nin bura nə aidiyyəti var? Mən dedim ki, imkan verməyəcəm danışmağa, amma sən sözünü kəsdin. Sən gündəlikdən danış. Hər dəfə temadan kənar danışırsan. Qulaq as, özünü qabiliyyətli apar. Danışdın, səni də başa saldım. Başa düşmürsənsə, öz işindi. Sən artıq həddini aşırsan, özünü aparmağı bacarmırsan. Yerindən danışma. Bundan sonra səni yazılmağa da qoymayacam. Özünü aparmaq qabiliyyətin yoxdur. Mən sənin qabiliyyətini gördüm, çox belə səviyyəsiz”.Z. Oruc isə yerindən danışmaq hüququ olduğunu və kimsənin bu haqqı onun əlindən almaq səlahiyyəti olmadığını qeyd edib.Bundan sonra çıxış edən millət vəkili Siyavuş Novruzov həmkarını səbrli və sakit olmağa çağırıb. O bildirib ki, çıxış edənlər çıxışını bitirəndən sonra yerindən danışmağa ehtiyac yoxdur: “Spikerin də məsələlərə müdaxilə etmə hüququ var. Biz 90- ci illərin parlamentində deyilik. Böyük – kiçik məsələsi var. Adətən görmüşdük ki, böyük danışanda kiçik qulaq asar”.Millət vəkili Cavid Qurbanov da həmkarına səslənib: “Mən istərdim ki Zahid Oruc sözlərini geri götürsün. Yəqin o mənim sözümü eşidər”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler